vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Fransada milyonlarla xəstəyə zərbə 09:08 | 17 oktyabr 2025 | Cümə Məqaləyə 71 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada milyonlarla xəstəyə zərbə

Şəkərli diabet və xərçəngdən əziyyət çəkənlərin müavinətinə vergi qoyulacaq

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa hökuməti uzunmüddətli xəstəlikdən əziyyət çəkənlərə ödənilən müavinətlərin vergiyə cəlb olunmasını planlaşdırır. İslahat qüvvəyə minərsə, 13,7 milyon fransızın gəliri ciddi şəkildə azalacaq.

Vaxt.AZ xəbər yerli mediaya istinadən verir ki, hazırda şəkərli diabet, xərçəng və skleroz kimi xəstəliklərdən əziyyət çəkən və “uzunmüddətli xəstəlik” (Affection de Longue Durée – ALD) statusuna malik vətəndaşlar bu ödənişlərdən gəlir vergisindən azaddır. Lakin hökumətin 2026-cı il büdcə layihəsində bu vergi güzəştinin ləğvi və ya məhdudlaşdırılması nəzərdə tutulur.

Maliyyə Təftiş İdarəsinin (IGF) tövsiyəsi ilə irəli sürülən dəyişiklik vergi istisnalarının azaldılması və büdcə tarazlığının bərpası məqsədi ilə əsaslandırılıb.

Ancaq sosial təşkilatlar bu addımı kəskin tənqid edərək bildirir ki, dövlətin sosial həmrəylik öhdəliyini zəiflədən bu qərar, xəstələri iqtisadi cəhətdən daha ağır duruma salacaq.

Ekspertlərin fikrincə, layihə qəbul olunarsa, Fransada sosial ədalət prinsipi zərbə alacaq, xroniki xəstələr isə əlavə maliyyə yükü ilə üzləşəcək.