
Yemək zəhərlənməsində ikiqat artım
Qadınlarda anoreksiya və bulimiyanın yüksəlişi və çağırışlar
Qadınlarda anoreksiya və bulimiyanın yüksəlişi və çağırışlar
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Fransada səhiyyə böhranı dərinləşir
Leipzigə məcburi eniş
Getdikcə daha çox rast gəlinir
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Başqasına aid qanın vurulduğu xəstənin sağ qalma şansı 5 faizdir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Siçovul səhiyyə müəssisəsini işıqsız qoydu
Bütün Almaniya bu “ana”dan danışır
“Pom-Bär” məhsulları geri çağırılıb
41 qadından və 35 kişidən biri ölümcül xəstəliyə tutulur
Depressiya səbəbiylə xəstəxanada yatanların sayı artır
11 yaşlı qız səhvən psixiatriya xəstəxanasına yerləşdirib ağır dərmanlar veriblər
Sağlam qadına həkimin səhvi nəticəsində dünyanın ən ölümcül xəstəliyinə tutuldu
Qettingen şəhərində bir uşaq üçün açılan məhkəmə işi Almaniyada tibbi səhlənkarlıqla bağlı məhkəmə tarixində önəmli qərarlardan biri oldu. 2016-cı ildə doğuş zamanı edilən səhvlər nəticəsində ağır əlil vəziyyətinə düşən bir qıza məhkəmə rekord məbləğdə təzminat ödənilməsinə hökm çıxardı. Qettingen Landqerixt (Regional Məhkəmə) nəzdində fəaliyyət göstərən Arzthaftungskammer (Tibbi Məsuliyyət Palatası), xəstəxana rəhbərliyinin 1 milyon avro mənəvi təzminat ödəməsinə qərar verdi. Bu, şəhərdə indiyədək kəsilmiş ən yüksək təzminat hökmü kimi tarixə düşdü.
Şikayətçi olan qız doğulduğu gün buraxılan ciddi səhvlər nəticəsində daimi olaraq ağır əlil vəziyyətinə düşüb. Məhkəmə doğuşda iştirak edən mama və həkimin ciddi səhlənkarlığa yol verdiyi qənaətinə gəlib. Xüsusilə təcili qeysəriyyə əməliyyatı edilmədiyi, həyati təhlükəni göstərən əlamətlərin nəzərə alınmadığı və doğuşdan sonra kifayət qədər oksigen verilmədiyi qeyd olunub. Bundan əlavə, yeni doğulmuşlar üçün reanimasiya üzrə mütəxəssislərin vaxtında çağırılmaması da işin əsas məqamlarından olub.
Uşağın vəziyyəti ağır olaraq qalır: danışa bilmir, müstəqil şəkildə qidalanmır və daim qulluğa ehtiyacı var. Məhkəmənin qənaətinə görə, gələcəkdə bu vəziyyətin yaxşılaşma ehtimalı yoxdur.
Verilən təzminat qərarı Qettingen şəhərində indiyədək çıxarılan ən yüksək mənəvi təzminat məbləği kimi qeydə alınıb. Hadisə ilə bağlı qadın doğum şöbəsi isə qərardan əvvəl bağlanmışdı. Lakin hökm hələ qüvvəyə minməyib. Xəstəxana rəhbərliyi qərarı apellyasiya şikayəti ilə yuxarı instansiyaya daşıya bilər.