vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
Almaniyada üzgüçülük hovuzlarında nələr baş verir? 22:29 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyada üzgüçülük hovuzlarında nələr baş verir?

Son 10 gündə beş cinsi təcavüz hadisəsi törədilib

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Beş kişi müxtəlif açıq üzgüçülük hovuzlarında bir-birindən asılı olmayaraq iğtişaş və qorxu yaratdı...

Almaniyadakı bir neçə açıq üzgüçülük hovuzunda son günlərdə qızlar cinsi təcavüzə məruz qalıb və fiziki hücuma uğrayıb.

Visbadendə 23 yaşlı bir kişi icazəsiz şəkildə 14 yaşlı bir qıza toxunub. Qız müqavimət göstərdikdə isə təcavüzkar kişi onun üzünə yumruq vurub. Qız polisə şikayət edib.

Visbadendə avqustun 12-də də oxşar bir hadisə yaşanıb. Polis, 3 qıza cinsi təcavüzə cəhd etməkdə günahlandırılan 2 kişini saxlayıb. Polisin məlumatına görə, Auqsburqda da açıq üzgüçülük hovuzunda cinsi təcavüz hadisəsi baş verib. Avqustun 16-da 29 yaşlı bir kişinin bir neçə uşağa yaxınlaşaraq onlara toxunduğu iddia edilir. Bundan əlavə, şübhəli şəxs uşaqların şəkillərini də çəkib. Üzgüçülük hovuzunun işçiləri adamı fərq etdikdən sonra o, qaçmağa cəhd edib. Lakin işçilər və valideynlər onu saxlayıb. Hazırda həbs olunan təcavüzkarın məhkəməsi gözlənilir. Avqustun 17-də Koburq açıq üzgüçülük hovuzu da bir qıza qarşı törədildiyi iddia edilən cinayətin səhnəsi olub. 11 yaşlı bir qız uşağına, polisin ifadəsi ilə, 33 yaşlı bir kişi tərəfindən “yolverilməz şəkildə toxunulub”. Hovuz işçisi polisi çağırıb və şahidlərin ifadələri ilə şübhəli şəxs müəyyənləşdirilib. Araşdırma başlayıb.