
Qurbanların sayı artır
Almaniyada üzgüçülük hovuzunda cinsi istismar iddiaları böyük əks-səda doğurdu...
Almaniyada üzgüçülük hovuzunda cinsi istismar iddiaları böyük əks-səda doğurdu...
Açıq hovuzda doqquz qız zorakılığa məruz qalıb
Hovuza yalnız dar geyimlə girməyə icazə verilir
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
Xilasedicilər işlərinin öhdəsindən gəlib
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Huşunu itirmiş vəziyyətdə
Xilasedicilər 9 ay ərzində xilas etdiklərindən 10 dəfə çox təxliyə edib
Almaniyadakı hovuzlarda xilasedici sayının kifayət etmədiyi, ən azı 3 min işçiyə ehtiyac olduğu bildirildi. Ölkədəki hovuzların təcili təmir ehtiyacları da müzakirə mövzusudur.
Almaniyada məktəblərin tətilə çıxması ilə üzgüçülük hovuzlarına tələbat artarkən, Alman Üzgüçülük Xilasediciləri Birliyi əməkdaşlarının ciddi şəkildə az olduğunu xəbərdar edib.
Birlik sədrinin, Peter Harzheymin sözlərinə görə, Almaniyanın müxtəlif bölgələrində 3 min xilasediciyə ehtiyac var və işçi çatışmazlığı uşaqların və gənclərin üzgüçülük bacarıqlarına mənfi təsir göstərir: “Dördüncü sinfə gedən uşaqların təxminən yarısı təhlükəsiz şəkildə üzə bilmir.” Birlik sədri üzgüçülük bacarığı yetərsiz olan insanların sərinləmək üçün göl və çaylara girməsindən böyük narahatlıq duyduğunu vurğulayıb.
Almaniyada keçən il 411 boğulma hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ildəkindən 30 hadisə çoxdur.
***
Bu arada Sol Partiyanın Bundestaq qrupunun sədr müavini Yanin Uissler federal hökuməti ölkə üzrə üzgüçülük hovuzlarına daha çox sərmayə qoymağa çağırıb. Uissler bildirib ki, federal hökumətin köhnəlmiş idman obyektlərinin yenilənməsi üçün ayırdığı 1 milyard avro kifayət etməyəcək.
Almaniyada hər kəsin təhlükəsiz şəkildə istifadə edə biləcəyi üzgüçülük hovuzuna çıxışının olmadığını və bunun təhlükəsizlikdən sağlamlığa qədər müxtəlif problemlərə səbəb olduğunu vurğulayan Alman Üzgüçülük Müəssisələri Assosiasiyası da bu ayın əvvəlində hökumətdən oxşar tələblə çıxış etmişdi.
2000-ci ildə Almaniyada təxminən 7 min 800 üzgüçülük hovuzu mövcud idi. O vaxtdan bəri maliyyə çatışmazlığı səbəbindən yüzlərlə hovuz daimi şəkildə bağlanıb.
Ölkədəki mövcud obyektlərin yarısının təcili təmirə ehtiyacı var və bu iş görülməsə, üç il ərzində daha yüzlərlə hovuzun bağlanmaq məcburiyyətində qalacağı bildirilir.