vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
“Tədqiqatlar yanlışdır” 18:08 | 7 avqust 2025 | Cümə axşamı Məqaləyə 95 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tədqiqatlar yanlışdır”

“Google”dan sayt trafiki ilə bağlı açıqlama verdi

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Google”un Axtarış Bölməsinin rəhbəri Liz Rid, “Google” axtarışından gələn klik sayının keçən ilə nisbətən “nisbətən sabit” qaldığını bildirdi.

“Google” süni intellekt əsaslı axtarış funksiyası və süni intellektlə hazırlanan xülasələr səbəbindən internet saytlarının trafiki azaldığına dair son tədqiqatları rədd edib.

Liz Rid çərşənbə günü yayımladığı bloq yazısında, “Google” axtarışından gələn klik həcminin keçən il ilə müqayisədə böyük dəyişiklik göstərmədiyini vurğulayıb. Ancaq o, bəzi saytlara daha çox, bəzilərinə isə daha az klik gəlməsi faktını da qəbul edib.

Bu açıqlama, “Pew Research”in istifadəçilərin “Google”un “Süni İntellekt Ümumi Baxış” (AI Overview) funksiyası səbəbindən linklərə klik etmə ehtimalının azaldığını göstərən tədqiqatından sonra gəlib. Bu funksiya axtarış nəticələrinin yuxarı hissəsində süni intellekt tərəfindən yaradılan xülasələrin çıxmasını təmin edir.

Liz Rid isə bu cür üçüncü tərəf analizlərinin “adətən səhv metodlarla” aparıldığını və “Google”un öz məlumatlarının bu iddiaları təsdiqləmədiyini bildirib.

 

Media sektoru təzyiq altında

 

Süni intellektlə gücləndirilmiş axtarış və alqoritm dəyişiklikləri rəqəmsal media sahəsində ciddi təsirlər yaradıb.

“The Wall Street Journal”da yer alan xəbərə görə, “Business Insider”, “The Washington Post” və “HuffPost” kimi böyük xəbər agentlikləri süni intellekt sistemlərinin yüksəlişindən sonra trafik itkiləri ilə üzləşib. Bu səbəbdən bəzi media qurumları işçi ixtisarlarına gedib.

Eyni zamanda, “Google”un alqoritmlərindəki dəyişikliklər müstəqil məzmun yaradıcılarının axtarış nəticələrində görünürlüyünü azaldıb.

 

“Az, amma dəyərli kliklər”

 

Liz Ridə görə, dəyişən axtarış vərdişləri bəzi saytların daha çox, bəzilərinin isə daha az trafik əldə etməsinə səbəb olur. Forumlar, videolar, podkastlar və “həqiqi səslər” olan saytlar daha çox üstünlük qazanır.

Rid, dərin araşdırmalar, orijinal məzmunlar və analitik yazıların hələ də istifadəçi marağını çəkdiyini vurğulayıb: ““Google” olaraq hər gün saytlara milyardlarla klik göndərməyə davam edirik və “Google” axtarışının internetlə olan dəyər mübadiləsinin güclü olduğuna inanırıq”.

Rid “AI Overview” xülasələrində mənbə linklərinə kliklərin azaldığını qəbul etsə də, klik edən istifadəçilərin saytlarda daha çox vaxt keçirdiyini söyləyib: “Süni intellekt cavabları ümumi məlumat verir, amma insanlar daha dərindən məlumat almaq üçün klik edir və bu kliklər daha dəyərli olur”.

 

“Google” yeni axtarış dövrünə hazırlanır

 

“Google” ABŞ-da bütün istifadəçilərə açdığı “Süni İntellekt Rejimi” adlı söhbət botu tipli yeni axtarış funksiyası ilə rəqəmsal nəşriyyatlar arasında narahatlığa səbəb olub.

Buna baxmayaraq, şirkət axtarış təcrübəsini tamamilə yenidən dizayn etməyi planlaşdırır və artıq süni intellekt tərəfindən idarə olunan yeni axtarış nəticələri səhifəsinin sınaqlarını həyata keçirir.