vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Qod Nisanovdan ilginc addım 14:00 | 6 may 2026 | Çərşənbə Məqaləyə 150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qod Nisanovdan ilginc addım

Azərbaycan əsilli milyarder “Yandex”dəki məlumatlarını sildirib

CAVİD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Forbes” jurnalının 2026-cı il siyahısına daxil olan Rusiya milyarderlərinin bir hissəsi internetdə özləri barədə məlumatların gizlədilməsi üçün hüquqi mexanizmlərdən istifadə edib. Onların arasında Azərbaycan əsilli biznesmen Qod Nisanov da var.

VAXT.AZ “Vyorstka” nəşrinə istinadən xəbər verir ki, araşdırma zamanı siyahıya daxil olan 155 milyarderdən azı 15-i hüquqi yolla özləri haqqında bəzi materialları “Yandex” axtarış sistemindən sildirib. Bu göstərici ötən illə müqayisədə (12 nəfər idi) artıb.

Məlumatlarını sildirmiş milyarderlərin ümumi sərvəti 61,7 milyard dollar təşkil edir. İş adamları arasında Nisanovla yanaşı Vyaçeslav Kantor, Andrey Quryev, Mixail Qutseriyev, Andrey Skoç, İqor Altuşkin kimi isimlər də yer alır.

Axtarış zamanı bu şəxslərin adı ilə bağlı sorğularda nəticələrin bir hissəsi “Rusiyanın 13 iyul 2015-ci il tarixli qanuna uyğun olaraq gizlədilib” məzmunlu xəbərdarlıq çıxır.

Rusiyada unudulmaq hüququnu nəzərdə tutan qanun 2016-cı ildən tətbiq olunur. Bu qanuna əsasən, vətəndaşlar özləri haqqında yanlış, köhnəlmiş və ya qanunsuz yayılan məlumatların axtarış sistemlərindən silinməsini tələb edə bilər.


“Yandex” daha əvvəl açıqlamışdı ki, belə müraciətlərin təmin olunması üçün məlumatın həqiqətən yanlış və ya aktual olmadığını təsdiqləyən sübutlar, o cümlədən məhkəmə qərarları təqdim edilməlidir.

Araşdırmada qeyd olunur ki, bəzi milyarderlər bu məqsədlə məhkəmələrə müraciət edib. Məsələn, Vladimir Krupçak 2023-cü ildə Moskva məhkəməsində özünə qarşı ittihamların yer aldığı materialın silinməsi üçün iddia qaldırsa da, hakim bu tələbi təmin etməmişdi.

Digər tərəfdən, Andrey Skoç isə daha əvvəl mediada onun kriminal əlaqələri ilə bağlı yayılan məlumatların silinməsinə nail olmuşdu. Həmçinin İqor Altuşkin və Qleb Fetisov kimi iş adamları da müxtəlif dövrlərdə şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddialar qaldırıblar.

Ekspertlər hesab edir ki, bu tendensiya Rusiyada iri biznes nümayəndələrinin ictimai imic üzərində nəzarəti gücləndirmək cəhdlərinin göstəricisidir.