10:15 | 13 may 2026 | Çərşənbə
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətləri son üç ticarət sessiyasında təxminən 8 faiz yüksəlib.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barreli 107 dollar, “WTI” markalı ABŞ xam nefti isə 102 dollardan aşağı səviyyədə ticarət olunur.
İranın əsas ixrac terminalı olan Xark adası ətrafında son günlər tanker hərəkəti müşahidə olunmayıb. Hörmüz boğazı isə artıq 10 həftədir faktiki olaraq bağlı qalır.
ABŞ-də benzin qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb. Yaponiya xam neft tələbatının təxminən 90 faizini Yaxın Şərqdən təmin etdiyindən alternativ tədarük mənbələri axtarmağa başlayıb.

