vaxtlı-vaxtında oxuyun! Bazar, 23 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
Ukrayna üçün “Finlandizasiya” modeli 22:36 | 23 noyabr 2025 | Bazar Məqaləyə 26 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna üçün “Finlandizasiya” modeli

Təəssüf ki, başqa yol görünmür...

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Ukraynaya təcavüzü, torpaqlarını işğal etməsi, şəhərləri, qəsəbələri, kəndləri xaraba qoyması, əvəzində Ukraynanın haqlı cavabı, Rusiya neftayırma zavodlarını, hərbi və hərbi olmayan obyektlərini vurması, hər iki tərəfdən yüzminlərlə insanların ölməsi, şikəst qalması, iki etnik və mənəvi yaxın xalqı düşmən etməsi, Rusiyanın bu abırsız davranışları tarixdə, “iki ölkənin axmaq elitasının müharibəsi”, kimi qalacaq.

Ukrayna prezidenti Zelensikini sağlığında, diktator Putini isə öləndən sonra elə öz xalqları lənətləyəcək, bu qanlı müharibədə Ukrayna Rusiyaya, Rusiya isə ABŞ-a uduzacaq. Tarixdə elə hadisələr var ki, həmən obyektiv qiymət vermək mümkün deyil. Mütləq zaman keçməlidir ki, baş verənləri dərk edəsən.

Məsələn, 1939-40-ci illərdə SSRİ (faktiki Rusiya) Stalinin qərarı ilə Finlandiyaya hücum etdi, qanlı müharibə başladı. Müharibə 105 gün davam etdi. Finlandiya 67 minə yaxın insanını itirdi. SSRİ-nin itkiləri isə 95348 nəfər olub.

Müharibə başlayandan 105 gün sonra Finlandiyanın o zamankı lideri Karl Qustav Mannerheym Finlandiya torpaqlarının 10%-i itirmək şərti ilə sülh müqaviləsi bağladı, neytral statusu qəbul etdi. İkinci Dünya müharibəsindən sonra Finlandiya neytral statusunu gözəl istifadə edərək dünyanın ən inkişaf etmiş ölkələrdən birinə, bir çox sahələrdə isə ən çox inkişaf etmişinə çevrildi. Bu fenomen dünya siyasi ədəbiyyatına “Finlandizasiya” termini ilə düşdü.

Bu gün isə Finlandiya artıq həm də NATO-nun üzvüdür, insan sifətli siyasi sistemə, inkişaf etmiş iqtisadiyyata malikdir. Tarix üçün 85 il andır, saniyədir, heç nədir, amma, o gün əslən isveçli olan Mannerheymi “topa tutanlar”, onu satqın adlandıranlar var idi, amma tarix onu haqlı çıxartdı. Amma, həm də ona görə ki, Finlandiyaya ayrılan yardımlar korrupsiyaya yem olmadı. Həm də ona görə ki, demokratik sistem quruldu. Həm də ona görə ki, xalq məsuliyyətini hiss edib çiçəklənən ölkə qurdu.

Zelenski, təbii ki, Mannerheym deyil, Putin isə, sübut etdi ki, Stalindən də betərdir. Stalinin, heç olmasa inandığı ideologiyası, dünyaya yaymağa çalışdığı dəyərləri vardı (mən qəbul etməsəm də). Putin isə korrupsiyonerdir, ideologiyası yalançı pərdədir, inandığı isə anacaq özünün və yaxınlarının “uğurlu” həyatıdır. Zelenskinin siyasi həyatı indi bitəcək, çox ağır dönəmdən keçəcək, lənətlənəcək. Putin üçün eyni şeylər onun ölümündən sonra olacaq – necə ki, hətta SSRİ-də, hətta elə rejimdə, hətta Dünya Müharibəsinin qalibi olan Stalin belə ölümündən sonra siyasi anlamda “parça-parça” oldu.

Bu gün Ukrayna xalqı çox ağır seçim qarşısındadır, yaxşı seçim heç yoxdur, pis və çox pis seçim var, Avropa Trampın planına qarşıdır. Olsun, lap yaxşı, amma, dava sizin məhəllədə, Avropada gedir, narazısınız, əməllə sübut edin, gedin Ukrayna üçün vuruşun, ölməyi və öldürməyi gözünüzə alın – bu mənada Şimali Koreya Avropadan daha səmimi davrandı. Öz ağlında olan diktator dostu və müttəfiqi üçün gəldilər, öldülər, öldürdülər.

Ukrayna xalqı 4 ilə yaxındır ki, qəhrəmanlıq nümunəsi, oğru elitasına baxmayaraq müqavimət göstərir, amma resurslar bitir, tükənir. Ukrayna üçün dünyanın bütün silahlarını, bütün pullarını versən belə, vəziyyət dəyişmir, dəyişməyəcək, çünki, artıq yorulublar, könüllü vuruşmaq istəyənlərin sayı azalıb.

Bu gün Ukrayna “Finlandizasiya” modelinə keçsə, kim bilir, bəlkə 10-15, bəlkə 20 ildən sonra Avropanın ən inkişaf etmiş ölkəsi, sonda NATO üzvü ola bilər, hətta post-Putin dönəmində öz torpaq itkilərini də qaytara bilər. Təəssüf ki, başqa yol görünmür...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)