Macarıstan-Polşa krizi
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
13:24 | 13 aprel 2026 | Bazar ertəsi
Məqaləyə 18 dəfə baxılıb
Şriftin ölçüsü
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Avropa Birliyindən 2 trilyon avroluq büdcə təklifi
“Hüququn üstünlüyü olmasa, maliyyə dəstəyini unudun”
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Avropa dövlət başçıları Putinin paradında iştirakdan yayındı
Macarıstanda cinsiyyəti dəyişdirməsindən sonra LGBT fəaliyyətləri də qadağan edildi
Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqda qərarı bu addımı atmağa vadar edib
Macarıstanın baş naziri Viktor Orbandan Avropa Birliyinə xəbərdarlıq
Macarıstanın Baş naziri Orban: “İmperiya kömək etmək yox, istila etmək istəyir”
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
“Ömürlük azad olunacaqlar”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
Brüssel Budapeştdə təşkil edilən toplantıya aşağı səviyyədə heyətlə qatılıb
AB administrasiyası ilə Macarıstan arasında “cəza” gərginliyi davam edir
Orban: “Qiyamət zamanı təkcə fərdlər deyil, millətlər də mühakimə olunacaq”
Macar xalqına və siyasi elitasına eşq olsun! Avropaya da, dünyaya da milli maraqlar üçün aktiv seçici, Macarıstan maraqları üçün “siyasi mühəndislik” dühası yarada bildilər, xalqın gələcəyi üçün birgə necə davarnmaq lazımdır – onu göstərdilər.
Viktor Orbana diktator, avtoritar deyənlər də bir az utansınlar – diktator belə seçki keçirmir, rəqibini həmən təbrik etmir. Düzdür, rəqibini də özü yaratdı, siyasi elita arasında anlaşmaya görə Peter Madyarı önə çəkdilər ki, ana xətt, konservativ sağ-mərkəz xətti zədələnməsin.
Seçki aktivliyi az qala 80% oldu – macar xalqının ən böyük uğurudur, parlamentə 3 partiya keçib, hər üçü də aşağı-yuxarı eyni xəttin, eyni ideologiyanın, sağ, sağ-mərkəz və sağlam konservatizmin nümayəndələridir. İçiboş sol, psevdo-liberal siyasi partiyalar və şəxslər Macarıstan xalqı tərəfindən qəbul olunmadı.
Macar xalqı Orbandan yorulmuşdu, bunu hakim “FİDES” koalisiyası da bilirdi, görürdü, hiss edirdi. 2024-cü ildə “siyasi mühəndislik” layihəsi başlandı, Madyara Orban və komandası hər tərəfli dəstək oldular, çünki, AB-nin, rəsmi Brüsselin axmaq yanaşması artıq Macarıstan üçün problemə çevrilirdi. Brüsselin tutumuna görə Macarıstan ümumilikdə 49 milyard avroya yaxın vəsaitdən məhrum olmuşdu. Bundan başqa, AB-nin özünü daxildən dağıdan miqrant proqramına qarşı çıxdığına görə Macarıstan uzun illərdir ki, hər gün (!!!) 1 milyon avro cərimələnirdi. İndi həmin 49-50 milyard avronu da alacaqlar, cərimələr də ləğv ediləcək.
Orban və komandası Macarıstan maraqlarına görə hakimiyyəti öz daxilindən çıxmış, onun dəyərlərini və ideologiyasını bölüşən siyasi komandaya təhvil vermək istəyirdi, çünki, xalqın Orbandan bezdiyini də anlayırdı.
Yaxşı, kimdir bu Peter Madyar?! Madyar 2002-ci ildən Orbanın yanındadır, onun partiyasının üzvü olub. 2010-cu ildə Orban hakimiyyətə gələndə Madyar Macarıstan XİN-də yüksək vəzifəyə gəlib, 2018-ci ildə Orbanın, yəni, Baş Nazirin aparatında vəzifə alıb, 2019-2022-ci illərdə Orban onu öz hökumətində “tələbə təqaüdləri mərkəzinin” rəhbəri təyin edib. Madyarın ailəsi də konservativ, sağ-mərkəzçi olub, anası Monika Ereş Macarıstan Ali Məhkəməsinin sədr müavini, ana tərəfdən babası (nənəsinin qardaşı) Ferens Madla isə Macarıstanın prezidenti olub – Madyar elitanın tam içindən çıxıb.
Gələk Madyarın keçmiş həyat yoldaşı Varga Judit xanıma – yeni boşanıblar, 3 övladları var. Judit xanım Orbanın partiyasında çox önəmli şəxslərdən biri idi, 2018-də Orbanın Baş Nazirlik ofisində AB məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildə isə Orbanın kabinetində Ədliyyə Naziri vəzifəsinə təyin edilib. 2023-cü ilə qədər nazir olub, sonra 2024-də Orbanın partiyasının AB parlamentinə seçkilərdə siyahasına başçılıq edib.
Orban və Madyar ailəvi dost olublar, bir-birllərinin evinə gedib-gələn şəxslər olub. Çox düzgün addımdır ki, ümumxalq maraqlarına görə öz ambisiyalarını boğub, möhtəşəm “siyasi mühəndislik” layihəsinə imza atıblar.
2024-də istefa verib, elə eyni ildə Madyar da “FİDES”dən istefa edib, “Tisa”ya keçdi və qısa müddətdə (Orbanın dəstəyi ilə) həmin partiyanın rəhbəri və lideri oldu və dünən seçkiləri uddu.
Bir sözlə, Madyar elə həmin Orbandır, sadəcə daha cavan, daha xarizmatik, daha sevimlidir və bu yerdəyişmə ilə həm AB-nin axmaq iddialarına son qoyacaqlar, həm də Macarıstan öz yolu ilə davam edəcək.
Madyar ilk səfərini, təbii ki, Polşaya, Avstriyaya, Brüsselə edəcək, amma, əminəm ki, növbəti səfərləri Türkiyəyə, yəqin ki, həm də Azərbaycana olacaq. Macarıstan Türk Dövlətləri Təşkilatından çıxmayacaq, hə, bəlkə əlaqələr bir az soyuyacaq, amma, TDT də Macarıstan qalacaq. Madyar hökuməti Rusiya ilə də əlaqələri tam kəsməyəcək, onlardan neft-qaz almaqda davam edəcək – çünki bu sərfəlidir və Macarıstan maraqlarına uyğundur.
Orban isə siyasətə geri dönəcək, bir az pauza lazım idi. Doğru yerdə, doğru qərar aldı, xalqını, dövlətini sevən liderlər həmişə zamanında “siyasi mühəndislik” alətinə baş vururlar. Bunun üçün öz cılız ambisiyalarını arxa plana atmağı bacarırlar. Hətta, ABŞ və AB kimi böyük gücləri belə öz oyunlarında alətə çevirə bilirlər...