Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
21:57 | 21 mart 2025 | Cümə
Məqaləyə 561 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Macarıstanın baş naziri Viktor Orban Macarıstanın dövlət radiosu “Kossuth”a müsahibəsində Ukraynanın sürətlə Avropa Birliyinə (AB) qəbul edilməsinə qəti şəkildə qarşı çıxıb. Macarıstanın Ukrayna ilə bağlı siyasətində AB-də tək olduğunu, lakin immiqrasiya ilə bağlı keçmişdə olduğu kimi, bu vəziyyətin zamanla dəyişəcəyini söyləyən Orban, “Əgər başqa səbəblərdən olmasa da, iqtisadi səbəblərdən ötrü hamı bunu anlayacaq. Ukraynanın AB üzvlüyü birlik üçün iqtisadi fəlakət olacaq”, – deyib.
Orban Ukraynanın AB-yə daxil olmasının birliyə böyük baha başa gələcəyini və Avropa Birliyinin belə bir xərci qarşılayacaq maliyyə imkanlarının olmadığını bildirib. “Avropa Komissiyası AB ölkələrinə bu məqsədlə borc götürməyi təklif edir, lakin “COVİD-19” pandemiyası zamanı iqtisadiyyatı stimullaşdırmaq üçün istifadə edilən kreditlər üzrə qarşıdan gələn faiz ödənişləri ilə vəziyyət daha da mürəkkəbləşir”, – deyib.
***
Yeni kreditlər götürməyin pis fikir olduğunu bildirən Orban, “Daha əvvəl çıxarılan böyük bir kreditin geri qaytarılması yaxınlaşır. Həm faiz, həm də əsas borc ödənişləri 2027-28-ci illərdə həyata keçiriləcək. Hesablamalara görə, bu, AB büdcəsinin yüzdə 20-ni istehlak edəcək”, – deyib.
Brüsselin Ukraynaya daha çox maliyyə və hərbi yardım çağırışlarını tənqid edən Orban, Macarıstanın öz milli maraqlarını qorumaq məcburiyyətində olduğunu ifadə edərək, “Ukraynaya üç ildir nə silah, nə də pul göndərmişik”, – deyib.
***
AB-nin Ukraynada müharibənin davam etdirilməsi ilə bağlı dəstəyinin əvvəlki qədər güclü olmadığını vurğulayan Macarıstan baş naziri, “Hər kəs görür ki, bu müharibə uduzulub. Müharibəyə müdaxilə etmək pis bir qərar idi”, – deyib.
***
Macarıstan Avropa Birliyinə üzv 27 ölkənin dövlət və hökumət başçılarının dünən Brüsseldə bir araya gəldiyi sammitdə Ukrayna ilə bağlı bəyannaməyə növbəti dəfə veto qoyub. Veto qoyulmuş yekun bəyannamədə Ukraynanın sürətləndirilmiş AB-yə üzvlük prosesi və milyardlarla avro dəyərində hərbi dəstək ilə bağlı bəyanatlar yer alıb.