Avropa adam axtarır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
17:44 | 2 sentyabr 2024 | Bazar ertəsi
Məqaləyə 541 dəfə baxılıb
Şriftin ölçüsü
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
İkinciyə isə bir az pauza lazım idi
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Avropa Birliyi (AB) Komissiyası ümumi immiqrasiya siyasətini pozduğu üçün Macarıstana qarşı AB Ədalət Məhkəməsinin tətbiq etdiyi 200 milyon avroluq cərimənin 15 gün ərzində ödənilməməsi halında bu məbləğin birliyin büdcəsindən bu ölkəyə ayrılan payından çıxılacağını açıqlayıb.
Gündəlik mətbuat konfransında AB Komissiyasının rəsmilərindən Balazs Ujvari verdiyi açıqlamada, Macarıstanın yanlış siyasəti (?) ilə əlaqədar AB Ədalət Məhkəməsinin iyun ayında İttifaqın miqrasiyasını pozduğu səbəbilə kəsdiyi 200 milyon avroluq cəriməni ödəmədiyini bildirib.
Ujvari, “İlk 45 günlük müddət bitdiyi üçün bu gün Macarıstana yeni sorğu göndərdik. Bu, Macarıstana əlavə 15 gün vaxt deməkdir. Ödəniş sentyabrın 17-nə qədər edilməsə, veriləcək məbləği Macarıstan AB büdcəsindən çıxacağıq”, – deyib.
Macarıstan və AB arasında miqrasiya mübahisəsi 2020-ci ilin dekabrına gedib çıxır. Bu tarixdə AB Ədalət Məhkəməsi Macarıstanın sığınacaq axtaran şəxsləri qanunsuz olaraq “saxlama şəraiti” və “tranzit zonalar”da saxladığına qərar verib.
AB-nin Ali Məhkəməsi həmçinin Macarıstanın sığınacaq prosedurlarına məhdud çıxışı təmin etdiyinə qərar verib və bu, müraciət etməyi “demək olar ki, qeyri-mümkün” edib.
Macarıstan bu qərarı rədd etdikdən sonra, iyunun 13-də məhkəmə bu dəfə ölkənin AB-nin sığınacaq qanunvericiliyinin icrasından “qəsdən yayındığını” üçün Budapeştə 200 milyon avro, o cümlədən AB qanunlarına uyğun olaraq gecikdirilən hər gün üçün 1 milyon avro cərimə kəsdiyini bildirdi.
Avqustun 22-də verdiyi açıqlamada Macarıstanın dövlət naziri Qerqeli Qulyas 200 milyon avro cəriməni sərt şəkildə tənqid edərək, “Avropa Birliyi istəsə, qaçqınları birtərəfli biletlə Brüsselə göndərə bilərik”, – deyib.
AB bir müddətdir ki, Macarıstanı demokratiya və qanunun aliliyi kimi prinsiplərdə geriləmə olduğunu əsas gətirərək tənqid edir.
***
AB-nin "Birlik qanununun pozulması" səbəbi ilə başlatdığı prosedura uyğun olaraq, ümumi büdcədən Macarıstana ayrılan böyük pay dondurulub.
Macarıstan Rusiya ilə münasibətlərinə görə AB-nin ümumi xarici siyasətinə uyğun gəlmədiyinə görə də tənqidlərə məruz qalır.
Macarıstanın baş naziri Viktor Orbanın iyulun 1-dən ölkəsinin AB-yə sədrliyinin 5-ci günündə Moskvaya səfəri ilə gərginlik daha da artıb.