Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:29 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 305 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanda 1 il sonra keçiriləcək, ölkənin gələcəyini müəyyən edəcək Parlament seçkilərinə hazırlıq tam sürət gedir. Paşinyan “dövlət çevrilişinə cəhd” haqqında sənədlər, məlumatlar paylaşdı, bundan sonra həbslər artdı, Rusiyaya bağlı olduqları bilinən bir çox şəxs saxlanılır, cinayət işləri açılır. Bu gün keşiş “Qapon”, yəni Baqrata qarşı da cinayət işi açılıb, evində axtarış aparılır. Bundan başqa yüksək rütbəli hərbçilər, varlı biznsemenlər, hətta bəzi deputatlarla da bağlı istintaq addımları aparılır, saxlanılırlar, axtarışlar aparılır.
Bütün bunları Paşinyanın “anti-Rusiya” addımları kimi qələmə verənlər var – mən bunun tam əksini düşünürəm. Tam tərsi, Paşinyan və komandasının Moskva ilə ciddi heç bir problemi yoxdur, son zamanlar isə münasibətlər daha da istiləşib.
Ümumiyyətlə, İrəvan 2022-dən bəri Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ən vacib 3-5 ölkədən biridir. Ermənistan iqtisadiyyatının 70 faizinə Rusiya nəzarət edir, Rusiya hərbi bazaları ilə bağlı heç bir addım atılmayıb, əksinə, onların statusu bir daha təsdiq edilib.
Mənim fikrimcə, Paşinyan Moskva ilə növbəti dəfə anlaşandan, bəzi kiçik problemləri həll etdikdən sonra, elə həmin Kremlin razılığı ilə daxili siyasətdə “təmizləmə” işləri aparır ki, 2026-cı il seçkilərində maneələr qalmasın. Kreml həmişə etdiyini edir – öz adamlarını istifadə edir, istədiyini alır, sonra “qurban” verir.
Moskva nəinki insanlarla, ölkələrlə də belə davranır – son İran misalı buna ən böyük sübutdur. İran mediası Putinə sual verir ki, İrana necə kömək edəcəksiz, cavab bu oldu ki, ən xoş arzularımızı göndəririk, amma, ABŞ-la münasibətlərimizi də korlamaq istəmirik. İran məsələsində ABŞ-la “alver” etmək üçün ciddi fürsət qazandı və fürsətdən də istifadə etdi.
Ermənistanda da bəzi keşiş, kilsə, biznesmen, siyasətçiləri təzyiq üçün istifadə etdi, istədiyini aldı, indi də onların sıradan çıxarılmasına “yaşıl işıq” yandırdı.
Bir çox insanlar anlaya bilmir ki, 2018-dən bəri Rusiya bütün gücünü, nüfuzunu, resurslarını istifadə etsəydi, bu 7 ildə Paşinyanı 7 dəfə devirərdi – etmədi, çünki, Paşinyan Rusiyaya da sərf edir, guya, Moskva ilə “dalaşır”, Qərblə yaxınlaşır, Qərb də Ermənistanı “demokratiya” sayıb, öz maraqlarına uyğun olaraq Moskva ilə İrəvan üzərindən alverini edir. Bundan başqa, Rusiyanın əlində, cibində olan “köhnələr” artıq “işlənmiş materialdır”, onları “diriltmək” cəhdi Rusiyaya sərf etmir – Ukraynada buna cəhd etdilər, Yanukoviçi “diriltdilər”, nəticədə Ukraynanı, siyasi və tarixi anlamda itirdilər. Eyni səhvi Ermənistanda etmək istəmirlər – çünki, buna heç ehtiyac da yoxdur.