Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
13:13 | 3 aprel 2026 | Cümə
Məqaləyə 238 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neftin bir “fyuçers”, bir də “spot” qiyməti var – “fyuçers” qiymətləri 40-45 gündən sonra təmin ediləcək neftin qiymətidir (daha uzun müddətli, məsələn, 6-8 aylıq “fyuçerslər” də olur), “fyuçers” alıb-satanların 90%-i neftin rəngini, qoxusunu belə bilmir, birja treyderləridir, qiymətli kağız sayılan “fyuçersin” ya özünə, ya da, qiymət dəyişməsinə yatırım edib, risk alıb, pul qazanırlar. Amma “spot” qiymətləri isə fiziki neftin bu günə-sabaha olan dəyəridir, yəni, lap sadələşdirsək, məsələn, 1 milyon barel tankerə yüklənir, əvvəlcədən müqavilə ilə alıcısı yoxdursa, hərraca çıxır, kim fiziki neft istəyirsə, alıb-aparır. Geosiyasi gərginlik, müharibələr olmayanda “fyuçers” qiymətləri ilə “spot” qiymətləri arasında çox az fərq olur.
Bu gün dünya dəlixanaya döndüyü, fiziki neftlə bağlı logistik problemlər olduğuna görə, “spot” qiymətləri “fyuçers” qiymətlərindən xeyli fərqlidir, daha bahadır.
Deməli, məntiqlə, geosiyasi və logistik gərginlik azalan kimi, neftin əvvəl “spot” qiymətləri, sonra da “fyuçers” qiymətləri enəcək, yəni, bu gün bazarda olan qiymətlərin iqtisadi əsaslardan, neft hasilatı ilə bağlı problemlərdən qaynaqlanmır, sırf geosiyasi gərginlikdən, logistik problemlərdən doğub. Körfəz ölkələri müharibənin 2-3 həftə uzanmasında həm də ona görə maraqlıdırlar ki, müharibənin vurduğu ziyanı, “spot” qiymətlərinin yüksəlməsinə görə kompensasiya etsinlər. Bu gün Körfəz ölkələri dünya bazarına 12-14 milyon barel fiziki neft çıxarırlar (müharibədən əvvəl 20 milyon barel idi), münaqişənin hər günü Körfəz ölkələrinə neftdən əlavə 800 milyon dollarla, 1 milyard dollar arası (bir daha, müharibədən öncəki qiymət arasında yaranmış fərqə görə) vəsait qazanırlar. Yəni, müharibə 2 ay olsa, neft satışından əlavə gəlirləri, hardasa, 60 milyard dollar olacaq. Müharibə bitdikdən sonra da bir müddət qiymətlər 80-85 dollar civarında olacağını düşünsək, ilin sonuna qədər Körfəz ölkələrinin neftin bahalaşmasına görə ƏLAVƏ (plandan, nəzərdə tutulduğundan daha çox), hardasa, 500-600 milyard dollar pul qazanacaqlar.
Hə, deyə bilərsiniz ki, bəs turizmdən, daşınmaz əmlak bazarından itirirlər axı – bəli, amma, bu sahələrdə itirən bir tək BƏƏ-dir (Birləşmiş Ərəb Əmirliyi), Səudiyyə Ərəbistanının, Küveytin, Omanın, Qətərin zatən turizm, ev satmaq dərdi yoxdur, planları var, amma, bu gün turizmdən, daşınmaz əmlakdan gəlirləri cüzidir. Onu da deyim ki, Səudiyyə, BƏƏ-nin turizmdə, əmlakda itkilərindən, məmnundur, çünki, aralarında ciddi rəqabət və münaqişə nöqtələri var. Belə...