Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:56 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 586 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
Bir neçə günlük şokdan sonra İran və Rusiya “ayıldılar”, ABŞ-da imzalanan sənədin üzərinə “zəhərlərini tökməyə” başladılar.
İşin maraqlı, qəribə, absurd tərəfi odur ki, Tehran və Moskva rəsmi İrəvanın ÖZ ərazisi haqqında verdiyi ÖZ qərarının Ermənistana ZİYANLI olduğunu “sübut” etməyə çalışırlar. Yəni, İran və Rusiya Ermənistan “Papasından” daha çox “katolik” olmağa çalışırlar.
Zəngəzur (Sünik) Ermənistan ərazisidir, yol Ermənistan ərazisindən keçir, mülkiyyətçi Ermənistandır, o yol üzərindən Ermənistanın suveren hüquqları tam təmin edilir – sadəcə, investisiyanı ABŞ qoyur, operatorluğu ABŞ şirkəti təmin edir, deməli, təhlükəsizliklə bağlı məsuliyyəti də Ermənistan dövləti ilə yanaşı, ABŞ da öz üzərinə götürür.
Bax “xoruzun quyruğu” da məhz bu hissədədir – Zəngəzur yolu Rusiyanın nəzarətində açılsaydı, Kreml Cənubi Qafqazda son 5 ildə Azərbaycan və Türkiyə tandeminin qurduğu mürəkkəb və uğurlu siyasət nəticəsində itirdiyi mövqeləri, az da olsa, bərpa etməyi düşünürdü. Zəngəzurun “açarı” Kremldə olanda, yolun əhəmiyyəti də azalacaqdı – istədiyi zaman Azərbaycan pomidorunda “qurd”, Ermənistan konyakında “zəhər” tapan Rusiya, yolu da kefi istəyəndə bağlayacaqdı. Bundan İran da məmnun olacaqdı ki, Rusiya ilə birgə yolda “şveysar-qapıçı” olacaqdılar.
Hər iki ölkə yolun TƏK Ermənistan məsuliyyətində olmasına da razı ola bilərdilər, bu zaman İrəvan üzərində ciddi basqı, yeni müharibələr üçün böyük rıçaq əldə edəcəkdilər. Yəni, məsuliyyət TƏK Ermənistanda olsa, Zəngəzurdan keçən yük və sərnişinlərə qarşı hər zaman təxribat edə bilən, buna qadir olan Rusiya və İran, hər təxribatda Azərbaycanla Ermənistanı yenə üz-üzə qoyaraq yeni müharibələr üçün zəmin hazırlayacaqdılar, bununla da hər Bakı və İrəvana itirdikləri “dəyənək” təzyiq alətini yenidən əldə edəcəkdilər.
Moskva və Tehranı qıcıqlandıran, narazı salan, ABŞ-da imzalanan sənədin mürəkkəbi qurumamış zəhər saçan ritorikalarının əsas səbəbi budur ki, əgər ABŞ Zəngəzur yolunun operatoru və təhlükəsizlik provayderi olsa, o zaman 43 km yol boyu təxribatlar edərək İrəvan və Bakını daim gərginlikdə saxlamaq aləti əllərindən çıxmış olacaq. Vilayətinin, “yol ora gələn ABŞ müzdluları üçün qəbiristanlıq olacaq”, bəyanatı da məhz bu məsələdən xəbər verir.
Azərbaycan bu məsələdən diplomatiyada “master-klass” göstərərək yaxşı məsafədə qaldı – biz ölkə olaraq yolun normal işləməsində maraqlıyıq, Ermənistanın ÖZ ərazisindən keçəcək yola nəzarətlə, investisiya ilə bağlı problemlər artıq ABŞ və Ermənistanın problemləridir. Rusiya və İranla özləri həll edər, biz isə ancaq sülh yolunun açılması ilə bağlı öz üzərimizə düşən işi yerinə yetirək, ÖZ ərazimizdə olan infrastruktur layihələrini tamamlayaq, Zəngəzur dəhlizinin başlanğıcında masa qoyub, çayımızı içək və izləyək – arada popkorn da yemək olar...