Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
11:44 | 4 may 2025 | Bazar
Məqaləyə 472 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Dünən OPEC+ anlaşmasına daxil olan ölkələr gözlənilməz qərar verdilər - təşkilatının səkkiz üzv ölkəsi iyun ayından etibarən gündəlik neft hasilatını 411 min barel artıracaq.
Qərarın verilməsinə Səudiyyə Ərəbistanı səbəb olub – rəsmi Ər-Riyad Trampın səfərindən öncə neft qiymətlərini ucuzlaşdıran qərar alaraq Ağ Evin tələblərindən birini yerinə yetirib.
Trampın səs-küylü qərarlarına, şou xarakterli addımlarına baxmayın – bu görünən tərəfdir. Tramp və komandası seçkidən 1 il öncə nə elan etmişdisə, hamısını bir-bir edir, qərarlar gözlənilməz deyil, kim-kimlərsə bu qərarları “spontan” adlandırırlarsa, ya qərəzlidirlər, ya analitik qabiliyyətləri yoxdur.
Trampa ucuz neft niyə lazımdır:
1. Rusiya, İran və Venesuelaya ən böyük təzyiq neft qiymətləridir, ucuz neft bu ölkələri daha tez anlaşmalara getməyə vadar edir.
2. Neftin ucuzlaşması benzin-dizelin ucuzlaşması deməkdir ki, avtomobil ölkəsi olan ABŞ-da orta statistik seçicinin ən çox önəm verdiyi amil məhz 1 qallon benzinin-dizelin qiymətidir (1 qallon = 3,8 litr). Ucuz benzin-dizel inflyasiyanı cilovlamaqda, qiymətləri aşağı çəkməkdə ciddi rol oynayacaq, çünki, ABŞ daxilində yükdaşımaların yarıdan çoxu məhz avtomobillərlə həyata keçirilir.
3. ABŞ neft hasilatı üzrə dünya lideridir, gündəlik hasilat artıq 13,5 milyon barreli keçib, ABŞ-da çox böyük neft ehtiyatları var, hasilatın yenidən artırmaq üçün fürsət yaranıb, çünki, ABŞ-da hasilatın maya dəyəri yeni texnologiyaların və medotların tədbiqinə görə son 10 ildə 3 dəfədən çox ucuzlaşıb. ABŞ neft hasilatını 15-16 milyon barrelə çatdıra bilər, bunun üçün neft qiymətlərinin 50-55 dollar arası olması kifayətdir.
4. ABŞ neftdən asılı ölkə deyil, ona görə də, neftin ucuzlaşmasından ancaq udur, bəzi şirkətləri ucuz neftdən narahat ola bilərlər, amma onlar üçün də vergi güzəştləri, hasilat üçün icazələrin ucuz və asan olması kimi təşviqlər olduğuna görə istehsal daha da artırılacaq;
5. Neftin (yanacağın) ucuzlaşması ABŞ-da “multiplikativ effekt” yaradır, bir çox sahələrdə, məsələn, aqrar, neft-kimya, turizm maya dəyərinin düşməsinə, iqtisadi canlamanın artmasına səbəb olur – amma, bu effekt qiymətin uzun zaman aşağı hədlərdə qaldığı zaman üzə çıxır. Deməli, yaxın illərdə ucuz neft erası davam edə bilər.
Yaxşı, borudan sallanan ölkələrdə, buruqdan asılı qalan məmləkətlərdə nə olacaq?! Əgər neft qiymətləri 50 dollar civarında bir neçə il qalsa, neftdən kəskin asılı olan ölkələrdə ciddi iqtisadi dalğalanmalar baş verəcək.