Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
07:31 | 15 oktyabr 2025 | Çərşənbə
Məqaləyə 1159 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ-ın Çinə qarşı yeni gömrük tarifləri tətbiq etmək planı xam neft bazarında ciddi itkilərə səbəb olub. Analitiklər, yenidən alovlana biləcək ticarət müharibəsinin neft tələbinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər. Nəticədə qiymətlər son beş ayın ən aşağı səviyyəsində qalmaqda davam edir.
Bu gün dekabr fyuçersli “Brent” markalı neft 0,2% ucuzlaşaraq bareli 62,26 dollara, “West Texas Intermediate” (WTI) markalı xam neft isə 0,2% azalaraq bareli 58,18 dollara enib.
Çindən açıqlanan zəif inflyasiya göstəriciləri də qiymətlərin azalmasını dərinləşdirib. Bu, dünyanın ən böyük neft idxalçısı olan ölkənin iqtisadi zəifliyinin hələ də davam etdiyini göstərir.
Beynəlxalq Enerji Agentliyi dünən dərc etdiyi aylıq hesabatda, qlobal neft bazarında 2026-cı ilə qədər gündə 4 milyon barelədək təklif artıqlığı yarana biləcəyini bildirib. Bu göstərici əvvəlki proqnozlardan daha yüksəkdir.
Agentlik, həmçinin 2025 və 2026-cı illər üçün qlobal neft tələbi artım proqnozlarını da aşağı salıb.
BEA-nın hesabatı, bu həftənin əvvəlində OPEC tərəfindən dərc edilən aylıq hesabatla kəskin ziddiyyət təşkil edir. OPEC öz növbəsində tələbin BEA-nın proqnozundan ən azı 100% daha çox artacağını iddia edir.
OPEC bu il ərzində hasilatı sabit şəkildə artırıb, iki illik hasilat azaldılması siyasətini tədricən ləğv edib və bazar payını genişləndirməyə çalışır.
Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) “yumşaq tonlu” açıqlamaları nəticəsində dolların zəifləməsi, qiymətlərdə daha kəskin itkilərin qarşısını alıb.
Beynəlxalq enerji bazarlarında hazırkı vəziyyət iki əsas təzyiqin – ticarət müharibəsi riski və artıqlıq qorxusu – arasında formalaşır. Mütəxəssislərə görə, əgər həm OPEC hasilatı artırmaqda davam edərsə, həm də Çin iqtisadiyyatı zəif qalarsa, neft qiymətləri ilin sonuna qədər ucuzlaşmaqda davam edəcək.