Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
09:54 | 26 sentyabr 2025 | Cümə
Məqaləyə 1423 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları Moskvanı yanacaq ixracını məhdudlaşdırmağa və xam neft hasilatını azaltmağa məcbur edib. Bu isə iyunun əvvəlindən bəri ən kəskin məhduiyyətlərə səbəb olub.
Rusiyanın bu addımından sonra “Brent” fyuçersləri 0,2% bahalaşaraq 69,57 dollara, ABŞ xam nefti (WTI) isə 0,4% artaraq barel başına 65,21 dollara yüksəlib.
Hər iki göstərici həftə ərzində 4%-dən çox dəyər qazanaraq, üç aydan bəri ən böyük artımı qeydə alıb.
“IG” analitiki Toni Sykamor (Tony Sycamore) bildirib ki, “Ukraynanın Rusiyanın neft infrastrukturunu hədəf alan pilotsuz uçuş aparatları ilə hücumlarının davam etməsi, NATO-nun Rusiyaya hava məkanının pozulması ilə bağlı cavab verməyə hazır olduğu barədə xəbərdarlığı və Rusiyanın kritik yanacaq ixracını dayandırmaq addımı artımı dəstəklədi”.
Rusiyanın baş nazirin müavini Aleksandr Novak (Alexander Novak) isə cümə axşamı açıqlamasında bildirib ki, ölkə ilin sonunadək dizel ixracına qismən qadağa tətbiq edəcək və mövcud benzin ixracı qadağasını uzadacaq.