Canlı yayım rejimin canını sıxıb
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
23:09 | 7 may 2025 | Çərşənbə
Məqaləyə 284 dəfə baxılıb
Şriftin ölçüsü
“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
İran Superliqasında 2024-25-ci mövsümün çempionu, Güney Azərbaycandakı 40 milyondan artıq azarkeşi ilə türk dünyasının fəxri olan “Traktor” FK bu gün keçirilən qarşılaşmada bir daha adından söz etdirib. Təbrizin 100 minlik Səhənd stadionunda keçirilən qarşılaşmada “Türk qanadı” adlı süvari birliklərinin stadionun ətrafındakı möhtəşəm görüntüləri diqqət çəkib.
Qırmızı-ağ rəngləri ilə Güney Azərbaycan türklərinin simvoluna çevrilən Traktor FK hər matçda olduğu kimi bu matçda da sıx azarkeş dəstəyi ilə meydana çıxıb. Matçdan əvvəl stadionun ətrafına toplaşan “Türk Qanadı” süvari birlikləri Türkiyə bayraqları və Traktor FK pankartları ilə meydançada gəzərək coşğulu ab-hava yaradıblar. Süvari birliklərin iştirakı azarkeşlər arasında böyük həyəcan yaradıb və sosial mediada da geniş işıqlandırılıb.
Traktor FK-nın azarkeş qrupu “Qırmızı Qurdlar” matç zamanı türk şüarları və pankartları ilə komandalarına dəstək olarkən, süvari birləşmələrin stadionun ətrafında nümayişi klubun mədəni və milli kimliyini bir daha önə çıxardı. Azarkeşlər tribunaları “Nə mutlu Türkəm deyənə”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları ilə doldurarkən, süvari birliklərinin görkəmi bu coşqunu daha da alovlandırıb.
Klubun rəsmi sosial media hesablarında yer alan paylaşımlarda “Türk Qanadı” süvari birliklərinin Traktor FK-nın türk dünyasında döyüş ruhunu və birləşdirici gücünü təmsil etdiyi vurğulanıb. Qarşılaşmadan sonra Təbriz küçələrində bayram şənlikləri davam edərkən, süvari hissələrin nümayişi bir daha göstərdi ki, “Traktor” FK sadəcə futbol klubu deyil, o Güney Azərbaycan tüklərinin azadlıq hərəkatı, milli-mübarizə simvoludur.
“Traktor” FK İran Superliqasının çempionu kimi stadiona daxil olarkən “Türk Qanadı” süvari birliklərinin stadion ətrafında bu mənalı nümayişi klub azarkeşləri və türk dünyası üçün unudulmaz an kimi qeydə alınıb.