
Hər kəsi öz adı ilə çağırın
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Ocaq”ın yeni mənası
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
... və İran-Azərbaycan münasibəti haqqında
Azərbaycan üçün İranı kimin idarə etməsi sərfəlidir?
Pezeşkiyan xalqa müraciət etdi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Güney Azərbaycanda payızın birinci gününə, yəni məktəblərin açılmasına təxminən bir ay qalır. Bu, Pezeşkian hökumətinin idarəsi altında başlayacaq ikinci təhsil ili olacaq. Məsud Pezeşkian sadəcə prezident seçildikdən sonra deyil, ondan əvvəl də İran Konstitusiyasının 15-ci maddəsinin icrasını dəstəklədiyini bəyan etmişdi. Prezident seçkilərindən sonra isə həmin maddənin bir qanun olduğunu və öz administrasiyasının qanuna sadiq qalacağını vurğulamışdı.
Keçən tədris ili başladığı vaxt Pezeşkian hökuməti hələ yeni formalaşmışdı. Lakin indi artıq onun hökuməti bir ildən çoxdur ki, iş başındadır. Onun prezidentliyinə verilən səslərin böyük qismi Azərbaycan bölgəsindən gəlib. Bu, sadəcə bir iddia deyil, seçki statistikasına əsasən Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Ərdəbil vilayətində Pezeşkiyan 80 faizdən çox səs qazanmışdı. Bundan başqa, Sistan və Bəluçistan, eləcə də Kürdistan, Kirmanşah və İlam vilayətlərində də rəqibi Səid Cəlilini qabaqlamışdı. Əksinə, Cəlili əsasən farsdilli mərkəzi vilayətlərdə üstünlük əldə etmişdi.
Pezeşkian seçki kampaniyası dövründə “ədalət” şüarı altında azlıqların yanında olacağını vəd etmişdi. Bu vədin reallaşmasını ölçmək üçün hələ də müəyyən vaxt lazımdır. Lakin hələlik Azərbaycanda verdiyi iki əsas vədlər – Urmiya gölünün bərpası və azərbaycanlı uşaqların ana dilində təhsil hüququ – yerinə yetirilməmiş qalır. Urmiya gölü heç vaxt indiki qədər ağır vəziyyətdə olmamışdı, Azərbaycanlı uşaqlar isə bir il də yad dildə məktəbə getməyə məcbur olmuşdular.
İndi Pezeşkian dövründə ikinci təhsil ilinə bir ay qalıb. Bu qısa müddətdə hansısa ciddi dəyişikliklərin baş verməsi mümkündürmü?