İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:33 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 476 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran Prezidenti Məsud Pezeşkian Misirə səfər edib. Səfər zamanı Misir və İran dövlət başçılarını rəsmi görüşü keçirilib. Görüşdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi İranlı həmkarı Məsud Pezeşkiana, İranın nüvə məsələsində tərəflərin ciddi və konstruktiv dialoq başlayaraq danışıqlar masasına geri dönməli olduğunu bildirib.
Görüş barədə Misir Prezident Administrasiyasının yazılı açıqlamasında, Prezident Sisi ilə İran Prezidenti Pezeşkian arasında telefon danışığının baş tutduğu qeyd olunub.
Açıqlamada vurğulanıb ki, Sisi bölgədə artan gərginlik fonunda “sabitliyi artırmaq və sülh ilə təhlükəsizliyi pozmaq cəhdlərinə qarşı çıxmaq üçün intensivləşdirilmiş birgə fəaliyyətin vacib olduğunu” bildirib və ölkəsinin gərginliyin azaldılması səylərinə dəstək verməyə hazır olduğunu ifadə edib.
Sisi əlavə edib ki, “İranın nüvə məsələsində tərəflərin danışıqlar masasına qayıtması, regional təhlükəsizliyi qoruyacaq və daha böyük eskalasiyanın qarşısını alacaq sülh yolu ilə həll üçün ilkin şərtdir”.
İran Prezidenti Pezeşkian isə Misirin İran ilə "Beynəlxalq Atom Enerjisi Agentliyi" (MAQATE) arasındakı dialoqu asanlaşdırmaqda rolunu yüksək qiymətləndirərək, Sisiyə İran və MAQATE-ni yaxınlaşdırmaq üçün göstərdiyi şəxsi səylərə görə təşəkkür edib.
Pezeşkian əlavə edib ki, bu səylər, Misirin aylarla davam edən vasitəçiliyindən sonra çərşənbə axşamı Qahirədə imzalanan və İran ilə "UAEA" arasında əməkdaşlığı bərpa edən sazişə yol açıb.
Qahirə 9 sentyabrda, Sisi, İran Xarici İşlər naziri Abbas Araqçı və MAQATE-nın baş direktoru Rafael Qrossi arasında keçirilən üçtərəfli görüşün ardınca, Misirin vasitəçiliyi ilə İran ilə MAQATE arasında əməkdaşlığın yenidən başlanmasına dair razılığa gəldiyini açıqlamışdı.
Bu kontekstdə Səudiyyə Ərəbistanı və Oman Xarici İşlər nazirlikləri də Misirin vasitəçiliyi ilə Tehran və MAQATE arasında əldə olunan razılığı məmnunluqla qarşıladıqlarını bildiriblər.
Qeyd edək ki, İran Parlamenti 26 iyunda MAQATE-ni casusluqda ittiham edərək və İsrail ilə ABŞ-ın İrana qarşı hərbi aqressiyasına bəhanə yaratmaqda günahlandıraraq agentliklə əməkdaşlığı dayandıran qanun qəbul etmişdi.
İsrail isə ABŞ-ın dəstəyi ilə 13 iyun 2025-ci ildə İrana qarşı 12 günlük hücum həyata keçirmiş, Tehran cavab vermiş, Vaşinqton isə həmin ayın 22-də atəşkəs elan etmişdi.