
Pezeşkian Misirə gedib
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Rusiyanın Ermənistandakı hərbi bazası haqqında bəzi məqamlar
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
... və İran-Azərbaycan münasibəti haqqında
Məsud Pezeşkianın səfərinin İran-Azərbaycan münasibətlərində strateji dəyişiklik yaradacağına, yeni səhifə açacağına və münasibətləri yeni mərhələyə yüksəldəcəyinə ehtimal vermək mümkün deyil.
Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə münasibətlər İran üçün milli təhlükəsizlik məsələsidir. Yəni, Tehranın Azərbaycan strategiyası təhlükəsizlik qurumları və SEPAH tərəfindən müəyyən edilir. Bu mənada, müvəqqəti xarakterli və məhdud səlahiyyətli İran hökumətlərinin Azərbaycan ilə münasibətlərdə manevr imkanları olduqca məhduddur. Hökumətlər ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişikliklər yarada bilərlər ki, bunlar da ümumi gedişatı dəyişə bilməz. İran ilə Azərbaycan münasibətlərinin dünəninin və bugününün bünövrəsində yatan “qarşılıqlı etimadsızlıq” bundan sonrakı dövrdə də davam edəcək.
Bəs, İran ilə Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açılması ümumiyyətlə mümkündürmü? Məncə, iki ölkə arasındakı ən böyük problem məhz elə ölkələrin adlarıdır. İran və Azərbaycan toponimləri coğrafi, siyasi, tarixi və mədəni baxımdan bir-birilə həm kəsişir, həm də toqquşur. Hətta, müstəqil Azərbaycan dövləti bir çox cəhətdən İran dövlətçiliyinin anti-tezisi kimi çıxış edir. Bu mənada, İran-Azərbaycan münasibətlərinin Rusiya-Ukrayna münasibətlərinə bənzədilməsində həqiqət payı var.
Bir sözlə, İran daxilində Azərbaycan mövcud olduqca, iki müstəqil dövlət arasında etimad qurulması inandırıcı deyil. Daha iddialı bir fikir desək, siyasi rejimlərdən asılı olmayaraq, İran ilə Azərbaycan adlı iki dövlətin uzun müddət yan-yana mövcud olması məncə, mümkün deyil. Tarixi şərait yetişəndə zaman öz hökmünü verəcək…