Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
09:48 | 1 avqust 2025 | Cümə
Məqaləyə 3422 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
2001-ci ilin iyul ayının son günlərindən birində Ankarada Türkiyə prezidenti Süleyman Dəmirəldən geniş müsahibə aldım. Xalqımızın böyük dostu Dəmirəl müsahibədə bir sıra önəmli beynəlxalq hadisələr, Qarabağ məsələsi və Türkiyə-Azərbaycan münasibətləri haqda maraqlı fikirlər səsləndirdi.
Bir saata yaxın müsahibənin kassetini alıb Bakıya uçdum. AzTV-də “Xəbərlər”in saat 20.00 buraxılışında müsahibənin 2-3 dəqiqəlik bir bölümünü verdikdən sonra aparıcı geniş müsahibənin 20:30-da veriləcəyini anons etdi.
Müsahibəni AzTV-nin foyesindəki televizordan seyr etdim. Veriliş bitəndə koridorun o biri ucundan Nizami Xudiyev çıxdı. O vaxtkı sədr məni görən kimi “Heydər Əliyev zəng etdi, müsahibəyə baxıb, bəyənib. Hətta tapşırıb ki, müsahibənin mətni sabah dövlət qəzetlərində verilsin”.
Ertəsi gün qəzet köşkündən bir neçə nüsxə “Xalq qəzeti” aldım. Onları səliqə ilə əzmədən özümlə Ankaraya gətirdim. Çankayada, Atakulenin altındakı Fuji studiyasının sahibi ilə yaxın idim. Qəzetin 1-ci səhifəsini solmayan xüsusi bir kağıza “kopyalatdırdım”. O surəti isə çərçivəçi dükanında sadə amma şabalıdı rəngdə bir çərçivəyə saldırdım.
Prezident Dəmirəlin mətbuat katibinə zəng vurub hazırlatdığım hədiyyədən danışdım, onun prezidentə necə təqdim edəcəyimi sordum. Bir saat sonra zəng gəldi ki, şənbə günü prezident səni Güniz Sokakdakı evinə səhər yeməyinə dəvət edir...
Süleyman Dəmirəl məni prezidentin iqamətgahı olan Çankaya Sarayına deyil, evinə dəvət edirdi. Mutlu və sevincli idim. Dəfələrlə həm prezident sarayında olmuşdum, həm də öz evində. Ancaq qəhvəaltıya dəvət nadir görülən hadisə idi.
Şənbə günü Güniz Sokakdakı 3 qatlı Ankara evinin 1-ci mərtəbəsində yemək salonuna keçmədən Dəmirəl çərçivənin üstündəki karton kağızı açdırdı. “Xalq qəzeti”nin 1-ci səhifəsinin yarıdan çoxunu müsahibəsi tuturdu. Üzündəki sevinci ifadə etməyə çətinlik çəkirəm. “Nazmiyə, Nazmiyə” deyə həyat yoldaşını çağırdı.
Türkiyənin 9-cu prezidentinin həyat yoldaşı Nazmiyə Dəmirəl asta addımlarla bizə yaxınlaşdı, Süleyman Bəy həyatında sanki ilk müsahibəsi çıxmış kimi “Bak, Azərbaycan Latın əlifbasına keçdi və ilk latınca qəzetin manşetində mən varam” dedi.
Yemək masasında mətbuat katibinə dedi ki, hədiyyəni doğulduğu Ispartaya göndərsinlər. İndi mənim o hədiyyəm Spartadakı “Süleyman Dəmirəl Mərkəzi”ndəki eksponatlardan biridir. Vəfatından öncə Süleyman Dəmirəl bütün şəxsi əşyalarını bu mərkəzə hədiyyə etmişdi…
1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. Müstəqillik tariximizin ən böyük hadisələrindən biridir məncə bu tarixi sənəd. Çoxumuz bu hadisənin canlı şahidi olduğumuzdan bəlkə də onun ölkəmiz, millətimiz üçün nə qədər cahan-şümul bir qərar olduğunun tam fərqində deyilik.