Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
20:55 | 9 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 245 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Berlindən pay gəlib. İki kilo qulançar. Almaniyada da bizdəki kimi təzə qulançar aprel-may aylarında çıxır.
Paytaxtı ələk-vələk etsələr də yaşıl qulançar tapa bilməyib, ağla kifayətləniblər.
Qulançar mövsümü artıq sönmək üzrədir çünki.
Gələn ilin baharına qədər artıq istixana qulançarı satılacaq…
Almanlar “Spargel”, türklər “Kuşkonmaz”, ruslar isə almancadan götürüb elə “Cпаржа” deyirlər bu möcüzə bitkiyə.
İngilis dilində isə qulançar “Asparagus”dur...
Asparagusı bildik, bəs Asparagas nədir, aralarında nə əlaqə var?
“Asparagas” Türkiyə mediasında uydurma, yalan və ya sensasiyalı xəbərə deyilir.
Bu ifadə Avropada yaranıb, buradan isə Osmanlı dövrünün qəzetlərinə keçib, daha sonra da Cümhuriyyət Türkiyəsinin media leksikonuna düşüb.
19-cu əsrdə Avropada, xüsusilə də İngiltərə və Fransada baharda – mart-aprel aylarında siyasi xəbərlər azalır, mühüm ictimai hadisələr olmurdu. Qəzetlər satılsın deyə bu aylarda daha çox şayiə xarakterli, sensasiyalı mövzulara yer verilirdi. Oxucular da bu tip xəbərləri qınamaq üçün istehza ilə “Asparagus season” (Qulançar mövsümü) ifadəsindən istifadə ediblər.
20-ci əsrin başlarında Osmanlı İmperiyasının paytaxtı İstanbulda dərc olunan yəhudi, erməni və rum (yunan) icmalarının qəzetlərində bu sözdən geniş istifadə edilir. Sözün kökü fransız və ingilis dillərindən gəlmir. Dilçilər “Asparagus”un türk dilinə Yidiş (Yəhudi almancası) ya da Ladino-dan (Yəhudi ispancası) keçdiyini düşünürlər. Zamanla “Asparagus” sözü fonetik olaraq türkcələşir və “Asparagas” olur.
İstanbulun kosmopolit qəzetçilik ortamında yaranan bu söz o vaxtdan indilərə qədər “uydurma və yalan xəbər” anlamında istifadə edilir. 21-ci əsrdə sosial media, onlayn xəbər portalları və bloqların çoxalması ilə yalan-palan xəbərlərin, qaralama kompaniyalarının yayılması daha da asanlaşdı. “Asparagas” ifadəsi mediada daha təhqiramiz anlamda istifadə edilməyə başladı, “Asparagas xəbər” ictimai qınaq obyektinə çevrildi. Bir qəzet redaktoru müxbirin yazdığı hadisənin gerçəkliyinə şübhə edərkən “Bu xəbər asparagas olar haaa birdən?” söyləyir…
Qulançarın yaşılı da, ağı da alman mətbəxinin ayrılmaz tərkib hissəsidir.
Ondan hazırlanan yeməklər bütün dünyada delikates sayılır.
Faydalarını saymaqla bitməz – İmmun sistemini gücləndirir, təzyiqi və qandakı şəkəri aşağı salır. Çağımızın sağlam qidalanma trendinə görədir ki, hər bahar Almaniyada “qulançar bumu” yaşanır. Qulançar milli mətbəxi məsələn, italyanlar və ya türklərlə müqayisədə çox da zəngin olmayan almanların milli yeməyi sayılır.
Almaniyanın Hessen vilayətinin Visbaden (alm. Wiesbaden) şəhərindən yazdığım səyahət qeydlərimdə burada əsasən ağ qulançarın yeyildiyini yazmışdım. Onun yaşıl qulançardan fərqi qabıqlarının nisbətən qalın olmasıdır. Bişirmədən əvvəl qabığını yüngülcə soymaq lazımdır.
Bu sabah Berlindən gələn ağ qulançara baxıb Visbaden qeydlərimdəki rəqəmləri xatırladım:
Almaniyada qulançar yetişdirən 2 minə (!!!) yaxın təsərrüfat var.
Mövsümündə 150 min ton məhsul toplanır.
İllik dövriyyə 400 milyon avrodan (!!!) çoxdur.
Almanlar qulançara əbəs yerə “Ağ qızıl” demirlər…
Səhər yeməyində xaşlanmış qulançara baxaraq “Bəs bizdə niyə o əjdahadan yoxdur?” deyə düşünəcəkdim ki, tez bu fikirdən daşındım…