vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
Qəza enişi ilə başlanan işğal 09:22 | 21 avqust 2025 | Cümə axşamı Məqaləyə 81 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəza enişi ilə başlanan işğal

Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

21 avqust 1968-ci il. O gün gecə saat 02-də Sovetin An-24 sərnişin təyyarəsi Çexoslovakiyanın paytaxtı Praqanın Ruzin hava limanına təcili eniş tələb etdi. Dispetçerlər qəza vəziyyəti var deyə təyyarənin enişinə icazə verdilər.

An-24 endi. Təyyarədə isə sərnişin yox idi, SSRİ-nin 7-ci Hava Desant Diviziyasının hərbçiləri vardı. Sovet hərbiçiləri aeroportu ələ keçirərək bütün mülki təyyarələrin uçuşlarını dayandırdılar. O andan etibarən hava limanına ancaq içində Sovet Ordusunun desant bölmələri ilə hərbi texnikası olan An-12 nəqliyyat təyyarələri qəbul edilməyə başlanıldı.

Sovetlərin Çexoslovakiyanı işğal hərəkatı belə başlamışdı. 

“Praqa Baharı” adlı həyata keçirilən Çexoslovakiyada başladılan demokratik islahatlar prosesi bu şəkildə boğulmaq istənilmişdi. Kreml ideoloqları ilə Qızıl Ordu ənənələrinə sadiq Sovet Hərbi Maşını kiçik bir qələbə qazandılar. Aleksandr Dubçekin təşəbbüsü ilə başlanan islahat prosesi dayandırıldı, paytaxt Praqanı əzən rus tanklarının tırtılları qəhrəman çex xalqının beynində dərin yaralar açdılar.

Bəli, işğal hərəkatı Sovet liderlərinin müvəqqəti ehtiraslarını oxşadı, amma bu hərbi əməliyyat Sovet İttifaqının dağılmasına start verdi. Dünya ilk dəfə anlamağa başladı ki, 1917-ci il Oktyabr çevrilişi dəhşətli bir avantyuradan başqa bir şey deyilmiş.

21 avqust gecəsi sərnişin təyyarəsinə qəza enişi tələb edib işğal hərəkatına başlamaq – necə də hər şey Sovet üslubunda və Qızıl Ordu tərzindədir, elə deyilmi? Məhz bu metodlarla Sovet İttifaqı qonşuluğundakı Latviya, Litva, Estoniya, Macarıstan, Polşa, Finlandiya kimi ölkələrə xaincəsinə müdaxilə edirdi. Əvəzində isə ətrafında özünə qarşı nifrət və qəzəb kəməri yaranırdı. 

Məhz bu nifrət və qəzəb Sovet sisteminin qaçılmaz sonunu gətirəcəkdi. Amma bunun üçün 22 illik uzun bir zaman dilimi vardı. Dünya hələ 22 il Moskvanın yalanları, iftira və alçaq siyasəti ilə yaşamalı idi.

21 avqust 1968-ci il bizim üçün unudulacaq bir tarix deyil.

21 avqust 1968-ci il bizim sovet istibdadından, rus şovinizmində, sosialist-bolşevik despotizmindən xilasımızın başlandığı gündür.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)