Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
17:46 | 15 oktyabr 2025 | Çərşənbə
Məqaləyə 240 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
1953-cü il martın 5-də, Moskva vaxtı ilə saat 21:50-də Sovet radiosu İosif Vissarionoviç Stalinin ölüm xəbərini yayımladı. Rəsmi səbəb kimi beyninə qan sızması göstərildi. Bəs bu rəsmi, quru tibbi rəyin arxasında əslində nələr gizlənirdi?
Sonralar SSRİ Tibb Elmləri Akademiyasının üzvü, Aleksandr Myasnikov SSRİ rəhbərinin ölümünü belə xatırlamışdı:
“Uzun illər beyin damarlarının aterosklerozu və hipertoniya xəstəliyindən əziyyət çəkən Stalin hər şeydən və hər kəsdən şübhələnirdi. Psixikasında yaranmış problemlər onun həyatını işgəncəyə döndərmiş, ölümünü sürətləndirmişdi. Ölümündən əvvəl martın 1-dən 2-sinə keçən gecə o, iflic olmuşdu. Nitqini itirdiyinə görə cürbəcür qeyri-insani səslər çıxarırdı. Rəhbər yatağında əzab içində çabalayır, qorxunc və ağır şəkildə ölürdü. Qıcolmadan üzü əyilir, xırıltılı nəfəsi kəsik-kəsik gəlirdi. Hərdən sanki huşu özünə gəlir, dəli baxışlarla ətrafdakıları süzür, anlaşılmaz səslər çıxarırdı. Onun bu halını seyr etməkdən başqa əlimizdən bir iş gəlmirdi”.
Stalinin ölümü SSRİ tarixində bütöv bir epoxanın sonu oldu. Onun bu cür əzabla, ətrafdakılardan xoflana-xoflana, təşviş içində dünyasını dəyişdiyini çox az adam bilirdi.
İllərlə sürdürdüyü qorxulu repressiyalar sovet liderinin öz psixikasını da pozaraq onu hər kəsdən şübhələnən dəliyə döndərmişdi. Odur ki, Stalin uzun müddət tibbi müalicədən imtina edərək, türkəçarəyə və ekstrasens terapiyasına üz tutmuşdu. Əlbəttə, həkimlərə qarşı qorxudan inamsızlıq onun taleyində faciəvi rol oynadı. Diktatorun səhhəti kritik vəziyyətə çatanda ən yaxşı həkimləri çağırıb xəstənin başına topladılar. Lakin hər şey üçün artıq gec idi.
V.Molotov öz xatirələrində belə demişdi: “Stalin bütün ömrünü sui-qəsd təhlükəsi qorxusu ilə yaşadı. O, 30-cu illərin sonlarından başlayaraq bir il yarım ərzində bişmiş toyuq yumurtasından başqa heç nə yemir, yeməyinə zəhər qatılmasından ehtiyat edirdi. Öz əli ilə qaynatdığı yumurtalar ona müəyyən qədər təhlükəsizlik hissi və sakitlik verirdi”.
Stalinin həyatının son saatlarında onun yanında yalnız Politbüro üzvlərindən ən yaxın olanlar və şəxsi mühafizə heyəti olub. Onlar diktatorun əzablı ölümünü tam sükutla izləyib, bir kəlmə belə, deməyə cürət etməyiblər.
Stalinin ölümündən sonra ölkədə hökm sürən qorxu və şübhə atmosferi SSRİ liderini xəstə yatağında müşaiyət edənlərin də taleyinə təsirsiz ötüşməyib. Stalin vəfat etdikdən sonra onun müalicəsini aparan bir çox həkimlər müxtəlif təqiblərə məruz qaldılar. Onlar yanlış müalicədə, hətta rəhbərin qəsdən öldürülməsi ehtimalında ittiham ediliblər.
Məlum olduğu kimi qorxulu Stalin dönəmindən sonra Xruşşovun “yumşalma dövrü” başladı. SSRİ məkanında hökm sürən vahiməli gərginlik azaldı, ictimai, siyasi, mədəni sferada nisbətən liberal mühit yarandı. Düşünürəm ki, eləcə də tərs xarakterli bu eqoist Putindən sonra Rusiyada bir yumşalma mərhələsi başlayacaq və qonşu ölkələrlə barış yolları axtarılacaq.