Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
08:48 | 26 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 122 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
2026-cı ilin yazında Qərb mediası və Avropa xüsusi xidmət orqanları, demək olar ki, eyni vaxtda bəyan etdilər ki, Rusiyada formalaşmış siyasi sistem turbulentlik mərhələsinə daxil olub. Hakimiyyətin reytinqlərinin müharibə dövrünün ən aşağı səviyyəsinə endiyi, regional büdcələrin hərbi xərclərin təzyiqi altında zəiflədiyi və elitaların gələcək siyasi konfiqurasiyanı anlaya bilmədiyi bildirilir.
Parçalanma artıq “hakimiyyət-müxalifət” xətti üzrə deyil, birbaşa sistemin daxilində baş verir. Çünki ölkə daxilində faktiki müxalifət qalmayıb. Orta səviyyəli məmurlar qapalı söhbətlərdə mövcud sistemin gələcəyinin olmadığını etiraf etsələr də, ehtiyat səbəbindən bunu açıq şəkildə ifadə etmirlər.
VAXT.AZ xəbər verir ki, “The Economist” jurnalında dərc olunan və “Moskvadan qaranlıq baxış” başlıqlı məqaləyə münasibət bildirən Kremlin analitik mərkəzlərindən birində çalışan mənbə qeyd edib ki, bu tip yazıları vaxtilə sistemdə yüksək mövqe tutmuş, lakin sonradan təsir imkanlarını itirmiş şəxslər hazırlayır. Mənbə müəllifin kimliyi barədə danışmaqdan imtina etsə də, belə şəxslərin kifayət qədər olduğunu bildirib.
Onun sözlərinə görə, müharibə gözlənildiyindən daha uzun çəkib, “Z” nəsli hakimiyyət üçün qeyri-sistem müxalifəti qədər təhlükəli görünməyə başlayıb və iqtisadiyyata vurulan zərbənin təsirləri artıq hiss olunur.
“Kremlə yaxın” mənbə bildirib ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışan qüvvələr hakimiyyətin zəif nöqtələrini qabartmağa və sistemi sarsıtmağa çalışırlar: “Qan qoxusu çaqqalları cəlb edib. Hamı zəif nöqtələri göstərmək, qayığı silkələmək istəyir”, – deyə o bildirib.
Bununla yanaşı, mənbə hazırkı informasiya kampaniyasının uğur qazanacağına inanmadığını vurğulayıb. Onun fikrincə, sistem dağılmır, sadəcə müəyyən sarsıntı yaşayır:
“Sistem çökmür, sadəcə bir az silkələnir. Prezidentin komandası hələ də mövqeyini qoruyur və alternativ təsir mərkəzi yoxdur”, – deyə mənbə əlavə edib.
Məqalədə həmçinin qeyd olunur ki, Rusiya məmurları və regional elitalar mümkün hakimiyyət dəyişikliyi fonunda övladlarını xaricə göndərməyə, gələcək hökumət dövründə cinayət işləri və vəzifə itkilərindən ehtiyat etməyə başlayıblar.