Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:16 | 29 may 2026 | Cümə
Məqaləyə 58 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kremldən, Rusiyadan Paşinyan və komandasına qarşı səsləndirilən hər təhdid, tənqid Nikol və partiyasının reytinqini artırır. Moskva ya axmaqdır ki, bunu anlamır, ya da zəifləmiş, təzyiq altında olan Paşinyan Moskvaya sərf edir. Çünki, Ermənistanda Rusiyaya bağlı siyasi lider və partiyaların seçki yolu ilə hakimiyyətə gəlmək şansları yoxdur. Paşinyanın alternativi daha çox Qərbpərəst, ingilisdilli siyasətçi və siyasi təşkilat ola bilər. Moskva Paşinyandan narazı olsa da, Nikol rusca danışır, sərt hərəkətlər etmir, ona görə də, başı üzərində daim Kremlin “Domokl qılıncı”, zəif nöqtələri olan Paşinyan, Rusiya üçün məqbuldur.
Rəsmi Rusiya son günlər Ermənistanı təhdid edir ki, bu ölkəyə satdığı təbii qazın qiymətini kəskin artıra bilər – həmişəki kimi yalan danışır, manipulyasiya ilə məşğuldur. Çox sadə şəkildə bunu sübut etmək olar:
Rusiya Ermənistana təbii qazı sərhəddə 1000 m3-i 165 dollara satır, faktiki olaraq isə Rusiya bu qiymətə qazı özü-özünə satır – çünki, Ermənistanın qazpaylayıcı şəbəkəsi 100% Rusiyaya, “Qazproma” aiddir. Yəni, “Qazprom”un ANA şirkəti, qazı 165 dollara özünün BALA şirkətinə satır, sonra isə Ermənistanda əhali və hüquqi şəxslərə bu qaz daha baha qiymətə satılır – fərqi isə yenə “Qazprom” öz cibinə qoyur:
- Ermənistanda əhaliyə satılan qazın müxtəlif taarifləri var, ümumi qiymət 1000 m3 üçün 365-370 dollardır (məzənnədən asılı olaraq dəyişir). Əhali üçün geniş limitlər də var, aztəminatlı əhali qrupu 1000 m3 qazı 255-260 dollara alır,
– Kiçik və mikro sahibkarlar da eyni əhaliyə olan taariflərlə qazpulu ödəyir,
– Böyük zavodlar və İstilik Elektrik Stansiyaları 1000 m3 üçün 265 dollar ödəyir,
– İstixanalar üçün qiymət 1000 m3 üçün 234 dollardır, eyni tarif emal sənayesi müəssisələrinə də aiddir.
Yəni, Rusiya özü-özünə qaz satır, sərhəddə olan qiymətlə əhaliyə satılan qiymət arasında olan hər 1000 m3 üçün 200 dollara yaxın qiymət fərqindən “Qazprom” yaxşı pul qazanır – amma, utanmadan deyir ki, Ermənistan üçün qazın qiymətini qaldıracağıq. Bu mənasız şantajdır, əvvəla ona görə ki, doğrudan da ciddi təzyiq etmək istəyən Kreml deməzdi, çoxdan edərdi, etmir, çünki, özü, Putinin cibi olan “Qazprom” bunu istəmir...