Mask ordu üçün nəhəng şəbəkə quracaq
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
13:30 | 4 yanvar 2026 | Bazar
Məqaləyə 1310 dəfə baxılıb
Şriftin ölçüsü
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Bu gün dünyada ən çox müzakirə olunan məsələ ABŞ-ın Venesuelaya qarşı 4 saatlıq əməliyyatı və Madurunun öz yataq otağından oğurlanaraq ABŞ-a gətirilməsidir.
Artıq heç kimdə şübhə yoxdur ki, Maduronu öz yaxın ətrafı satıb, daxildən ciddi dəstək olmasaydı, ABŞ-ın bir nəfər əsgərinin burnunun belə qanamadan əməliyyat keçirməsi, Maduronu evində-yatağında həbs edib, ABŞ-a gətirməsi mümkün olmazdı.
Bu gün baş verənləri anlamaq üçün 50 il keçmişə qayıtmaq lazımdır, təməl ordadır, amma, qırılma nöqtəsinin Çavesin varis planında yarandığı üzə çıxır.
Venesuelanın vitse-prezidenti, dünəndən etibarən Venesuelanın Konstitusiya Məhkəməsi tərəfindən bu ölkənin qanuni və faktiki rəhbəri elan edilən Delsi Rodrigez, məncə, bütün bu hekayənin əsas aktyoru, doğma qardaşı Jorge Rodrigez isə baş rejissorudur.
1969-cu ildə Venesuelada “Liga Socialista” adlı hərəkat yaranır. Bu hərəkatın təsisçisi və rəhbəri Venesuelanın varlı təbəqəsindən çıxan Antonio Rodrigez oldu. Antonio Rodrigezin iki övladı vardı – qızı Delsi, oğlu Jorge.
1976-cı ildə Antonio Rodrigez həbs olunur və istintaq zamanı müəmmalı şəkildə ölür. Amma, ailəsi varlı olduğundan həyat yoldaşı hər iki uşağa yaxşı təhsil verməyi bacarır – oğlu Jorge həkim, qızı Delsi hüquqşünas olur (əmək hüququ), Delsi bir müddət Fransada yaşayır, orada təhsil alıb Venesuelaya dönür.
Uqo Çaves hakimiyyətə gələndən sonra qardaş-bacıya yaxşı vəzifələr verir, hamı gözləyirdi ki, öz varisi kimi Jorge Rodrigez elan edəcək, o zamanlar Jorge vitse-prezident idi – amma, Çaves düşündü ki, Jorgenin xarizması azdır və ona görə də, keçmiş avtobus sürücüsü, odlu-alovlu çıxışları ilə seçilən, həmkarlar lideri olan Maduronu öz varisi elan etdi.
Maduro Rodrigez klanının gücünü bilirdi deyə, bacını vitse-prezident, qardaşı isə Karakasın meri, parlamentin sədri kimi yüksək vəzifələrə təyin etməyə məcbur oldu. Amma, görünən odur ki, bacı-qardaş gözləməkdən bezdilər, Maduronun xoşluqla getməyəcəyini anladılar, çox güman, ABŞ-dan tam zəmanət aldılar ki, Nobel almış müxalifət lideri ölkəyə gəlməyəcək, hakimiyyət bu klana keçəcək, buna görə də, ABŞ-a daxildən ciddi yardım etdilər və nəhayət ki, klan, Çavesin və Maduronun onlara qısqanc münasibətinin qısasını almağa nail oldu, və ya buna çox yaxınlaşdı.
Tarixən müxtəlif ölkələrdə “taxt oyunlarını”, inqilab, xalq üsyanı, bəzən də, güclü ölkənin unikal əməliyyatı kimi təqdim ediblər...