Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
11:32 | 9 mart 2025 | Bazar
Məqaləyə 991 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
Ukrayna mediasında, sosial şəbəklərində Trampın “KQB” agenti olması bağlı “həqiqətlər” hələ də ciddi müzakirə olunur.
Ukrayna publik məkanının ən içi boş adamlarından biri Feygin, özü də Rusiyada oliqarxlarla sıx əlaqədə olub sonradan Rusiyadan qaçan adam, öz efirinə indi Fransada yaşayan, əvvəllər “KQB”-də işləyən Sergey Jirnov adlı birini çıxardıb. Hər ikisi ağıllı sifət alaraq Trampın “KQB” agenti ehtimallarından danışırlar.
Jirnov bütün ehtimallarını Trampın ilk həyat yoldaşı, 1949-cu ildə o zamankı adı ilə Çexoslovakiyada doğulan İvana Zelniçkovaya (Tpamp) bağlayır – yəni, Donald Tramp 1977-ci ildə keçmiş Çexoslovakiya vətəndaşı ilə evlənibsə, deməli, “KQB” agenti olması ehtimalı var. Hətta, guya, SSRİ “KQB”si İvanaya tapşırıq verib ki, Trampla evlənsin.
Absurddur. İvana Zelniçkova model olub, 1971-ci ildə Avstriya vətəndaşı, xizək sürmə instruktoru, yəhudi əsilli Alfred Vinklmayrla evlənir, əvvəl ABŞ-a gəlir, 2 il sonra onlar boşanırlar və İvana Kanadaya köçür. Orada 4 il yaşayandan sonra 1976-ci ildə İvana ABŞ-a geri qayıdır və Donald Trampla tanış olur, onlar 1977-ci ildə evlənirlər.
Donald və İvana 1992-ci ildə boşanırlar – yəni, Jirnovun iddiası o qədər bəsitdir ki, insan ancaq gülə bilər. Deməli “KQB” uzun illər İvananı Tramp üçün hazırlayıb, sonra Donald tanınmağa başlayanda da boşatdırıbmış. Bir daha – 18 xüsusi xidmət orqanı olan ABŞ kimi bir dövlətin başçısına “KQB” agenti demək qədər absurd heç nə ola bilməz.
Yeri gəlmişkən, İvana, Donald Trampdan sonra da iki dəfə ailə qurub.
Gələk digər miflərə – Avropa və ABŞ-ın Demokratlara bağlı mediası yazır ki, Trampın “sağı-solu” bəlli deyil, gündə bir söz danışır, tez-tez fikrini dəyişir, etdikləri isə qəbuledilməzdir. Tamamən yalandır – Tramp hətta seçkidən öncə bu gün etdiklərinin anonsunu verib, tam tərsinə, demədiyi heç nəyi etməyib. Hələ 2024-cü ilin əvvəlində bəyan etmişdi ki, müharibəni bitirmək üçün Ukraynaya da, Rusiyaya da basqı quracaq – Kiyev razı olmasa, hərbi və maddi yardımı kəsəcək, Moskva razılaşmasa, Rusiyaya qarşı ən sərt sanksiyalar qoyub, paralel olaraq Ukraynaya ən müasir silahlar verəcək. Yəni, “ikili şantaj” strategiyasını 1,5 il öncə elan etmişdi. Sadəcə, Zelenski və komandası Avropalıların oyununa gələrək, onları masaya qaytarmaq üçün ilk hədəf oldular. Moskva isə tülkü kimi davranıb Trampın təkliflərini geri çevirmədi.
Seçkidən öncə də dəfələrlə Kanada, Meksika, AB ölkələri və Çinə qarşı tarif artırmaq siyasətini yürüdəcəyini demişdi, indi də edir.
Seçkidən öncə Avropaya, “NATO-ya çox pul ayırın, biz sizi 80 il havayı qoruduq, daha etməyəcəyik”, demişdi, indi də onu edir.
Yaxşı, Avropanı, dünyanın bir hissəsini şoka salan nədir – onu da deyim: hamı nədənsə belə düşünürdü ki, ABŞ-ın borcu dünyada demokratiyanı və ya demokratiya adı altında maraqların sırınmasını qorumaqdır.
Əgər AB ölkələri özlərini qorumaq üçün əlini cibinə atıb pul xərcləmirdirlərsə, 80 il ABŞ “çətiri” altında rahat oturub öz xalqlarının rifahı ABŞ-ın müdafiə xərcləri hesabına artırırdılarsa, niyə indi ABŞ onları qorumalıdır ki?!
Hə, birdən deyərsiniz ümumi dəyərlər var, ona görə. Bu da mifdir, Avropanın maraqları HƏMİŞƏ dəyərlərindən üstün olub, “pandemiya” sürəcində isə insan haqlarını necə zövqlə tapdaladıqları görmüşdük. Vens də Münhendə açıq dedi ki, bizim dəyərlərimiz artıq fərqlənir, siz Rumıniyada xalqın səsi ilə qalib gələn insanı 9 hakimin qərarı ilə hakimiyyətə buraxmırsınızsa, deməli demokratiyaya da inanmırsınız, sizin öz maraqlarınız dəyərlərinizi yeyib-bitirib. Əgər hamı ÖZ maraqları dalınca qaçırsa, ABŞ nədən bunu etməməlidir ki?!
Sonda bir daha deyim – dünyada son dövrlərdə ilk dəfədir ki, mübarizə ideoloji müstəviyə keçib, 1991-ci ildən bəri ilk dəfə belə “cəbhələşmə” baş verir. Avropa ölkələri öz dəyərlərinə, insan haqlarına geri dönməsələr, ABŞ-la olan rəqabətə davam gətirməyib parçalanacaqlar, yəni, AB-nin ayaqda qalması üçün təməl prinsiplərə geri dönməlidir.