Trampın təyyarəsindəki milyarderlər
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
10:47 | 29 iyun 2025 | Bazar
Məqaləyə 480 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
“Ursa Major”un kimin batırdığı məlum deyil
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
İsveçrənin Statistika İnstitutu tarixi yazılara və arxiv sənədlərinə istinad edərək maraqlı bir araşdırma dərc etmişdilər. Alimlərin araşdırmasına görə insanlıq tarixinin son 5000 ilində dünyada cəmi 292 il lokal və böyük müharibələr olmayıb. Yenə onların araşdırmasına görə, son 5000 ildə dünyada müharibələr zamanı 3,5 milyard insan həlak olub.
İkinci Dünya müharibəsindən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib, 1945-2020-ci illər arası 50-70 milyon insan dünyada müharibələr zamanı həlak olublar (Asiya və Afrikada müharibələrdə ölənlərin dəqiq sayı bilinmədiyi üçün müxtəlif rəqəmlər var), bu da elə son dünya müharibəsində ölənlərin sayına, aşağı-yuxarı, bərabərdir.
Müharibələr xalqları formalaşdırıb, millətləri yaradıb, ölkələri dağıdıb, yeni dövlətlər qurub – bütün bu proseslər qansız-qadasız, yəqin ki, mümkün deyildi. Çünki, insan övladı kütlə şəklində şüursuzdur, ancaq individual olaraq ağıl sahibi ola bilirlər. Bir çox məsələlər müharibəsiz həll oluna bilərdi – amma, olmur, mümkün deyil.
Yaxın 10 ildə müharibələrin şəkli və forması dəyişəcək, amma mahiyyəti qalacaq, müharibələr “insansızlaşacaq”, amma, bu o demək deyil ki, itkilər daha az olacaq. Hətta, ola bilər ki, gələcəkdə “süni intellekt” müharibələri başlamadan bitirmək üçün yardımçı olacaq – potensial konflikt tərəflərinin bütün imkanlarını məlumat bazası kimi super-kompüterə yüklədikdən sonra, “süni intellekt” nəticədə kimin qalib gələcəyini, müharibənin ssenarisini təqdim edəcək, amma, bu insan övladını müharibələrdən çəkindirəcəkmi – təəssüf ki, yox.
Yaxşı, dünyada müharibələrdən çəkindirə biləcək hansısa faktor varmı? Bəziləri deyir ki, bütün ölkələrə atom bombası paylasalar, bu müharibələri dayandıra bilər. Məncə, tam tərsi, bu dünyanın daha tez məhvinə aparan yoldur. Bəs bütün ölkələrdən atom silahlarını yığıb məhv etsək necə olar – bu da çıxış yolu deyil, o zaman da bütün ölkələr bir-birinə girəcək, konvensional silahlarla xalqlar, ölkələr bir-birini məhv etməyə çalışacaqlar.
Belə çıxır ki, hibrid müharibələr, lokal və proksi savaşlar daim olacaq və davam edəcək, çünki, dünya həddən artıq ədalətsizliklərlə doludur. Sərhədlər süni çəkilib (məsələn, “Sykes–Picot Agreement” kimi) , iqtisadi fürsətlər qeyri-bərabər bölünüb, güclü haqlı, haqlı isə heç də həmişə güclü deyil – yaxşı, bəs çıxış yolu nədir?!
Məncə, dünya fraqmentallaşmalıdır, iki-üç qütblü dünya modeli çalışmır. Fraqmentallaşan dünyada 8-10 güc mərkəzi formalaşmalı, hər biri öz bölgəsinə cavabdeh olmalıdır. İki qtblü dünyada ABŞ və SSRİ “jandarm” kimi 45 il öz rollarını üzlərinə-gözlərinə bulaşdırdılar, 1990-dan sonra ABŞ tək “jandarm” oldu, dünya lap xaraba qaldı, bu vəzifəni bacarmadı. Deməli, 2-3 qütblü dünya modeli yenə eyni nəticələr doğuracaq. Ona görə də, fraqmental dünyada 8-10 “bölgə sorumlusu” ölkələr yaranmalı, bütün məsələləri həmin 8-10 ölkə öz aralarında çözməyin modelini qurmalıdır. Kimin sorumluluq bölgəsində münaqişə çıxsa, həmin ölkə tez və effektiv addımlar atmalı, ədalətli çözümlə, amma sərt şəkildə münaqişələri dayandırmaq səlahiyyətinə malik olmalıdırlar.
Fraqmental dünya BMT-ni əvəz etməlidir, çünki, bu formal və anormal institut artıq çalışmır. Biz isə çalışmalıyıq ki, dünyada bölgəyə cavabdeh ölkələrdən biri məhz qardaş Türkiyə olsun, bunun üçün isə Türk Dövlətləri Təşkilatı “ətə-qana” gəlməli, güclənməlidir. Başqa yol, sadəcə, görünmür, TDT-nin öz “NATO-su”, birgə qəraralma mexanizmləri tezliklə qurulmalıdır, ən əsası, TDT-də hərbi və siyasi elita formalaşdırmaq üçün öz “Harvardını” yaratmalı, seçkin, ağıllı, bilikli insanlar orada təhsil alaraq, qurumun gələcəyini birgə şəkilləndirməlidirlər.
Belə bir Universitet üçün ən ideal məkan Qarabağdır, bərpa edilən şəhərlərdən biri məhz bu məqsəd üçün dizayn edilməli, böyük universitet, kampuslar qurulmalı, TDT daxil olan ölkələrdən hər il, azı 5000 min seçilmiş insanlar ora qəbul olub ən keyfiyyətli təhsil almalıdırlar. Çünki, eyni “dalğada” düşünməyi bacaran siyasi elita olmasa, TDT-nin gələcəyi də olmayacaq...