
Londonun casusu, Bakının kürəkəni ...
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
ABŞ müharibələr zamanı SSRİ-yə daha çox yardım edib ya Ukraynaya?
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Stalin Leninin yəhudi əsilli olmasını niyə gizlədib?
Rusiya prezidenti keçmiş rəisinin anım mərasimində kövrəlib
Putin Şimal qütbü ilə bağlı açıqlamalar verib
Ölkəsindən əksinqilabçı kimi sürgün edilən, dünyada isə inqilabçı kimi tanınan bolşevik
... Yaxud Kremldəki “Ostap Bender”lərin yeni anti-Azərbaycan planları
Sanki Səməd Vurğun “Rəhbərə salam”ı yazanda, onların babaları əllərinə silah götürüb üsyan etmişdi?
Yazıçının qalmaqallı müsahibəsi və bizim Tarixə yanlış münasibətimiz...
Coğrafiyamız taleyimizdir, belə qəliz, problemlərlə bol, müxtəlif maraqların kəsişdiyi bölgədə yaşayırıqsa, mütləq qonşularımızı dərindən öyrənməli, davranışlarının “alqoritmini” çözməyi bacarmalı, gələcəyə baxışımızı formalaşdırmağa çalışmalıyıq.
Əslində bizə ən böyük təhdid yaradan Şimal və Cənub qonşularımız mahiyyət, tarix, davranış, hətta fəlsəfə olaraq eynidirlər – 1917-ci ildə Rusiya İmperiyası dağılmağa başladı, Çarizm çökdü, milli hərəkatlar, milli dövlətlər yarandı, Rusiya İmperiyası əvvəlki formatda qala bilməzdi. O zaman ortalığa bolşeviklər çıxdı, “kommunizm” ideyasını (əslində “cənnətin” yer üzündə vədi) bəsitləşdirilmiş şüarlara çevirib xalqa səsləndi – “torpaq kəndlilərə, zavod-fabriklər fəhlələrə” şüarı, “bərabərlik, qardaşlıq, ictimai mülkiyyət”, kimi cəlbedici yanaşma ilə İmperiyanı yenidən qurmağa başladılar. Ad dəyişdi, Rusiya İmperiyası SSRİ adında xortladı, amma mahiyyət dəyişmədi, Lenin və davamçıları milli oyanışdan, etnik kimliklərdən qorxduğu üçün bunları inkar edən yeni insan tipi – Sovet İnsanı yaratmağa başladılar. “Homo soveticus” tipi milli yaddaşı silinən, Allah yox Rəhbərə inanan yeni insan növü olmalı idi – böyük ölçüdə də bunu bacardılar. Məhz Sovet İnsanı yaratmaqla Rusiya İmperiyasının torpaqlarını geri qaytara, SSRİ adı altında toparlamağa başladılar. Bir tək Finlandiya tarixdə iki dəfə Rus-Sovet İmperiyasından qaçıb canını qurtarmağa, nəticədə də dünyada ən inkişaf etmiş ölkələrdən birini qurmağa nail oldu.
SSRİ-nin dağılmasını, yeni milli dövlətlərin qurulmasnı Rusiya heç cür həzm etmədi, edə bilmədi, bu gün Ukraynada törətdiyi vəhşiliklər məhz bunun sancıları, İmperiyanı diriltmək arzularıdır. Amma bu dəfə bolşeviklərdən fərqli olaraq dini və milli kimliyi də alətə çevirdilər, “Rus Dünyası” adı altında məhz etnik rusların yaşadığı bölgələri ilhaq etməklə, heç olmasa İmperiyanın bir hissəsini bərpa etməyi düşünürlər.
Cənub qonşumuz olan İranda da 1979-cu ildə artıq şərait yetişmişdi, klassik formul olan, “yuxarılar idarə edə bilmir, aşağılar isə belə yaşamaq istəmir”, inqilabi vəziyyət yaranmışdı. İran da çoxmillətli dövlət olaraq etnik-milli bölünməyə hazır vəziyyətdə idi, insanları birləşdirəcək yeni ideya dini faktor ola bilərdi ki, teokratik ideoloqlar da bundan istifadə etdilər. Müqəddəs Dinimizin, “millət əvəzinə ümmət”, yanaşmasını öz bildikləri kimi izah edərək onlar da bolşeviklər kimi yeni insan tipi formalaşdırmağa çalışdılar, etnik-milli kimliyi olmayan, ancaq din-məzhəb üzərinə kimliyi inşa edilmiş ümmət fərdləri – məhz məqsəd bu idi ki, İranda da milli hərəkatları, ölkənin bölünməsini önləyə bilsinlər, onlar da “Homo religionus” icad etməyə çalışdılar (əslində “cənnəti” vəd etdilər), faktiki olaraq İranı dini postulatlarla dağılmaqdan qurtardılar.
Azərbaycana Şimaldan və Cənubdan gələn təhdidin eyni səbəbi var – hər iki tərəf müstəqil dövlət olan Azərbaycanın 30 ildən çox ayaqda qalmasını həzm edə bilmirlər. Amma müstəqillik, suverenlik müqəddəs olsa da ayaqda qalmaq üçün yetərli deyil, növbəti mərhələ güclü rifah dövləti qurmaqdır. Güclü dövlət isə hüquq-mühafizə orqanları üzərinə deyil də, anacaq güclü vətəndaş, rəqabətli iqtisadiyyat, ədalətli məhkəmə, elm tutumlu təhsil üzərinə inşa edilir – Zəfər Bayramı, torpaqların böyük bir qisminin işğaldan azad edilməsi bu hədəflərə çatmaq üçün böyük fürsətlər yaradıb!