vaxtlı-vaxtında oxuyun! Cümə, 6 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
Qorxulu həqiqətlər 14:12 | 5 iyun 2025 | Cümə axşamı Məqaləyə 45 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qorxulu həqiqətlər

İnsanlar, şirkətlər və dövlətlər nəyə hazır olmalıdırlar?

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün başa çatan 30-cu Bakı Enerji Forumunda (“Baku Energy Forum”) dünyaca tanınmış qlobal biznes eksperti, isveçli iqtisadçı, futuroloq Kyel A.Nordströmun xüsusi sessiyası olub.

Müasir dövrün parlaq mütəfəkkirlərindən olan Kyel A.Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşüb.

O, diqqətə çatdırıb ki, müasir dövrdə urbanizasiya prosesi çox sürətlə gedir.

“10 il əvvəl dünya əhalisinin yalnız 10 faizi şəhərlərdə yaşayırdı. 2016-cı ildə bu rəqəm 50 faizə yüksəldi. Bu gün dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayır, növbəti illərdə isə bu rəqəm 80-85 faizə yüksələcək. Şəhərlər daha da böyüyəcək. Dünyada çox deyil, 600 şəhər olacaq. Bu gün Tokio, İstanbul, London kimi şəhərlərin əhalisi daha da artacaq. Enerji, qida məhsulları, ümumilikdə hər şey şəhərdə istehsal olunacaq. Kosmosdan planetə baxanda yalnız iri şəhərlərin işıqları görünür, qalan yerlər isə qara görünür. Bu qara yerlərin sayı artır. Bəs insanları şəhərlərə köçməyə vadar edən nədir? İnsanları Pekin, Moskva, London və başqa şəhərlərə köçməyə vadar edən ümiddir. İnsan şəhərdə yaxşı təhsil almağa, biznes qurmağa, yaxşı yaşamağa ümid edirlər. Bu ümidi insanın düşüncəsindən heç kim və heç nə çıxara bilməz. Bu, planetimizin coğrafiyasını dəyişəcək. Gələcəkdə insanlar planetimizin yalnız 2 faizində yaşayacaqlar. Bu gün insanlar, qlobal kampaniyalar, dövlətlər buna hazır olmalıdırlar. XX əsrdən başlayaraq dünyada qloballaşma meyilləri gücləndi. Qloballaşma sanki bir ideologiyaya çevrildi. Divarlar söküldü, informasiya daha geniş coğrafiyanı əhatə etməyə başladı, insanlar daha da yaxınlaşdılar.

Qloballaşma prosesi heç də rəvan keçməyib. SSRİ dağıldı və bu ərazidə yaşayan xalqlar milli dövlətlərini qurdular və dünyaya inteqrasiya olunmağa başladılar. Bu respublikalar qlobal bazarlara qoşuldular. Bununla yanaşı texnologiyalar da inkişaf etdi ki, bu da öz növbəsində qlobal iqtisadiyyatın inkişafına səbəb oldu. Lakin bu inkişaf, qazanc istəyi konfliktlər yaratdı və böhranlar başladı. İlk olaraq dünya COVID-19-la mübarizə apardı, Rusiya-Ukrayna müharibəsi başladı və dünyada iqtisadi geriləmə müşahidə olundu.

Müasir dünyada inkişaf istiqamətlərini insanlar özləri müəyyən etməlidir. Qloballaşma prosesləri heç də rəvan olmur. Çin böyük dövlət olmaqla yanaşı, həm də böyük bir sivilizasiyadır və özünün inkişaf yolu, hədəfləri var. Rusiyanın öz yolu, Avropanın isə tamamilə başqa istiqamətdə inkişaf perspektivləri var. Qlobal səviyyədə əməkdaşlıq və gələcəyin müəyyən olunması konfliktlərin qarşısını ala bilər”.

Əlbəttə, Kyel A.Nordströmun bu fikirlərində bəzi ziddiyyətli, mübahisəli məqamlar da var. Lakin qloballaşmanın davam edəcəyi və şəhərlərin daha da böyüyəcəyi barədə fikirləri isə danılmaz həqiqətdir. Bəli, buna hər mənada hazır olmaq lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)