Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:27 | 30 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 356 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın əlində nüvə silahı olmasa, hətta İran belə ondan daha güclü bir ölkə olar.
Bu reallıq təkcə bu günə aid deyil. Tarix boyu belə olub. Rusiya İmperatorluğu da eyni idi – kasıb, geridə qalmış, avtoritar və xalqları zorla birləşdirmiş bir quruluş. Onun gücü nə iqtisadiyyatdan, nə də texnologiyadan gəlirdi. Sadəcə ucuz və sonsuz insan resursu – təhkimçi kəndlilər, bolşevizmlə zəhərlənmiş ac-yalavac fəhlə sinfi.
Rusiyanın bütün tarixi boyunca “güc” anlayışı modernləşmə və inkişaf üzərində deyil, qorxu və itaətkarlıq üzərində qurulub. XVIII əsrdə Qərb Avropası sənaye inqilabı ilə cəmiyyətini dəyişdirərkən, Rusiya hələ də təhkimçiliklə məşğul idi. 1870-ci illərdə Avropa şəhərlərində dəmiryolu və elektrik şəbəkələri qurularkən, rus kəndlisi hələ də bayarların torpaqlarında toxum səpirdilər.
Sovet dönəmində də vəziyyət dəyişmədi. Texnoloji yarışda ABŞ-la ayaqlaşmaq üçün bütün resurslar hərbi-sənaye kompleksinə yönəldildi. Amma bu süni inkişafın arxasında boş dükanlar, çörək növbələri və müasir texnologiyadan uzaq bir cəmiyyət dayanırdı.
Bugünkü Rusiya da eyni şeylərə güvənir: təbii resurslar, sərt təbliğat və nüvə silahı. Amma bu alətlər XXI əsrdə artıq inkişaf göstəricisi sayılmır. Qərb ölkələri süni intellekt, biotexnologiya, yaşıl enerji kimi sahələrə sərmayə qoyarkən, Rusiya enerji ixracından və hərbi təhdidlərdən başqa heç nə təklif etmir.
Rus çarlarının fəthləri də yox dərəcəsində az idi – ordular sadəcə piyada məsafəsində olan torpaqları zəbt edirdi. Amma özlərini böyük imperiya sayırdılar.
Sosioloqların da qeyd etdiyi kimi, güc yalnız tankların sayı ilə ölçülmür. Gerçək güc cəmiyyətin sabitliyindən, insan kapitalından, təhsil sistemindən və innovasiya bacarığından qaynaqlanır. Bütün bu sahələrdə isə Rusiya demək olar ki, son sıralarda yer alır.
Rusların digər xalqlara qarşı nifrəti də məhz bu kompleksdən qaynaqlanır – zəif, amma bunu etiraf edə bilməyən, daxildən çürük bir sistemin yaratdığı aqressiya.
Bu gün də Kreml həmin zehniyyətlə yaşayır – sadəcə çarın yerini prezident, təhkimçi kəndli ilə fəhlə sinfinin yerini isə beyinləri yuyulmuş əsgər alıb.
Və əlində nüvə silahı olmasa, bu quruluşun dünyaya deyəcək heç nəyi qalmazdı.