
İsti hava insanı qocaldır
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Elm adamları xəbərdarlıq edir – siqaret və spirt qədər təhlükəlidir
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
Şəhər isti hava dalğaların ilə qitənin ən ölümcül paytaxtı oldu
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
20 vilayətdə dövlət qurumları bağlanır
Turizm mövsümündə yeni qaydaları pozanlar ciddi cərimələrlə qarşılaşacaq
Sosial şəbəkələrdə yayılan məlumatlar nə qədər doğrudur?
Azərbaycanda da məşhur brendin məhsulunun tərkibində təhlükəli maddə tapılıb
Termometrlər 46 dərəcəni göstərib
İnouye Teleskopu tədqiqatlarda inqilab edir
Onu nə vaxt və harada izləmək olar?
Nəhəng asteroid planetimizin təbii peykinə çırpıla bilər
Planetlərin Günəş sistemindən atılma ehtimalı üzə çıxdı
Üç nəhəng asteroid Yerə çırpıla bilər
Avstriya İstehlakçı İnformasiya Assosiasiyasının (VKİ) günəşdən qoruyucu kremlərin testi təəccüblü nəticələr verdi. Ən bahalı üç marka zəif qiymət aldı.
İstehlakçılar Birliyinin testi qiymətin keyfiyyətə uyğun olmadığını ortaya qoydu. Test edilmiş 19 məhsuldan üçü ultrabənövşəyi şüalanmadan qoruma meyarlarına cavab vermirdi. Həmin məhsulun baha qiymətə satılan brendlərə aid olduğu bildirilib.
Araşdırmaya görə, yeddi məhsul “çox yaxşı”, yeddi məhsul “yaxşı”, iki məhsul isə “orta” qiymət alıb. Bununla belə, üç məhsul söz verdikləri ultrabənövşəyi şüalanmadan qorunma səviyyəsini təmin etmədiyi üçün testdən keçə bilmədi. Bunlar 100 ml-i 19,77 avro olan “Coola”, 17,98 avroya satılan “Sol de Janeiro” və 10 avroya satılan “Vichy” günəşdən qoruyucu spreylərdir. Başqa sözlə, bu məhsullar gözləniləndən daha az müddət ərzində dəridə qorunma təmin edir.
VKİ ekspertlərinin fikrincə, bu nəticə göstərir ki, yüksək qiymətlər keyfiyyət demək deyil və brendin etibarını şübhə altına almaq lazımdır.
Testdə ən yaxşı qiymət alan məhsullar:
“Cien Sun” (GKF 30)
“Lavozon” (GKF 30)
“Sundance” (GKF 50)
“Nivea Sun Schutz & Pflege Invisible Finish” (GKF 50+)
“Eau Thermale Avène Sonnenmilch Dry Touch” (GKF 50)
“Eucerin Oil Control Dry Touch Body Sun Spray Transparent” (GKF 50)
“La Roche Posay Anthelios Transparentes Sprey” (GKF 50+)
Köhnə günəş kremləri nə qədər təhlükəsizdir?
2024-cü ildə VKİ digər Avropa istehlakçı təşkilatları ilə birlikdə günəşdən qoruyucu kremlərin uzunmüddətli davamlılığını sınaqdan keçirməyə başladı. Məqsəd, əvvəlki il istifadə olunan günəşdən qoruyucuların bu il də təhlükəsiz şəkildə istifadə oluna biləcəyini müəyyən etmək idi.
Nəticələrə görə tez-tez istiyə məruz qalan və açılıb-bağlanan məhsullarda xarab olma sürətlənir və ultrabənövşəyi şüalardan qoruma keyfiyyəti azalır. Bu səbəbdən məhsulu açdıqdan sonra çox uzun müddət üzərində qalmamaq tövsiyə olunur.
Mütəxəssislər xüsusilə qoxusu dəyişib, konsistensiyasını pozulub və ya məhsul su və yağ kimi iki ayrı fazaya ayrılıbsa istifadə edilməsinin məsləhət olmadığı bildirir. Bu vəziyyətdə ultrabənövşəyi şüalardan qoruyucu xüsusiyyətinin təsirsiz hala gəlməsi riskinin yüksək olduğu ifadə edilir.