vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 17 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
Günəş kremləri dəri xərçəngi riskini artırır? 10:26 | 17 iyul 2025 | Cümə axşamı Məqaləyə 268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günəş kremləri dəri xərçəngi riskini artırır?

Sosial şəbəkələrdə yayılan məlumatlar nə qədər doğrudur?

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial şəbəkələrdə son vaxtlar günəş kremlərinin dəri xərçəngi riskini artırdığı ilə bağlı məlumatlar geniş yayılmaqdadır. Xüsusilə isti hava dalğaları bir çox ölkəni təsiri altına alarkən, bu tip iddialar daha da aktuallaşıb. Lakin mütəxəssislər bu məlumatların əsassız olduğunu bildirir.

ABŞ-da 58 min izləyicisi olan bir “X” (əvvəlki Twitter) istifadəçisi belə bir iddia irəli sürüb: “Günəş kremindən ən çox istifadə edilən ölkələrdə dəri xərçəngi halları da ən yüksəkdir”.

Bu iddia TikTok və digər platformalarda da yayılıb.

***

Bununla bağlı sorğuya cavab olaraq ABŞ-ın Konnektikut ştatının İctimai Səhiyyə İnstitutundan Britani Şefer bildirib ki, günəş kremi istifadəsi ilə xərçəng riskinin artması arasında elmi əsaslı heç bir əlaqə yoxdur. Onun sözlərinə görə, bu iddia illər əvvəlki məlumatların kontekstdən çıxarılaraq manipulyativ şəkildə təqdim olunması ilə yayılıb.

 

Bəs niyə halların sayı artır?

2023-cü ilin dekabrında ABŞ, İsveç, Almaniya və Macarıstan alimlərinin apardığı beynəlxalq araşdırma bu sual ətrafında 5 fərziyyə irəli sürür:

Günəş altında daha çox vaxt keçirmək – müasir həyat tərzi daha çox açıq havada qalmağı ehtiva edir.

Kremlərin düzgün istifadə olunmaması – bəzən lazımi dərəcədə, düzgün tətbiq edilmir.

Diaqnostikanın təkmilləşməsi – daha çox hal qeydə alınır.

Əvvəlki elmi tədqiqatların zəifliyi – 2011-dən əvvəlki kremlər indiki standartlara cavab vermirdi.

İqlim dəyişikliyi – UV səviyyəsi yüksəldikcə risk artır.

 

Statistika nə deyir?

Dünya Xərçəng Araşdırmaları Fondunun 2022-ci il məlumatlarına əsasən:

Ən çox yeni dəri xərçəngi hadisəsi Avstraliyada (hər 100 min nəfərə 37 hal) qeydə alınıb. Onu Danimarka, Norveç, Yeni Zelandiya və İsveç izləyir.

ABŞ həm yeni halların (101 min), həm də ölüm hallarının (7368 nəfər) sayına görə birinci sıradadır.

Avropa ölkələrindən Almaniya ölüm halları üzrə 4-cü yerdədir (3303 nəfər).

Ancaq mütəxəssislər vurğulayır ki, yüksək yayılma tezliyi mütləq yüksək ölüm riski demək deyil. Məsələn, müasir müalicə üsulları sayəsində ölüm nisbətləri azalıb.

 

Günəş kremindən istifadə real həyatda necədir?

ABŞ-da əhalinin 41%-dən azı ildə 60 gün və ya daha çox günəş kremindən istifadə etdiyini bildirir.

Avstraliyada isə 15 yaşdan yuxarı əhalinin yalnız 38%-i mütəmadi istifadə etdiyini deyir.

Avropada isə respondentlərin yarısı yalnız yay aylarında və ya günəşdə olduqda krem çəkdiyini bildirir.

 

Qəti nəticə: Günəş kremi deyil, düzgün istifadə edilməməsi risk yaradır

Almaniyanın Heidelberqdə şəhərində yerləşən Alman Xərçəng Araşdırma Mərkəzindən Sibill Kohlstədt, “Mövcud elmi məlumatlar, ölkələr üzrə günəş kremi istifadəsinin səviyyəsini və dəri xərçəngi hallarını birbaşa əlaqələndirməyə imkan vermir”, – deyib.

Yəni, günəş kremlərinin xərçəng riskini artırması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar elmi əsaslara söykənmir.

Əksinə, günəş kremi UV şüalanmadan qorunmaq üçün mühüm vasitədir — ancaq düzgün və davamlı şəkildə istifadə olunmalıdır.