
FED üçün ən güclü namizəd
Tramp seçim qarşısında
Tramp seçim qarşısında
FED-in qərarlarının yaratdığı narahatlıq və gələcək perspektivlər
“Qurum ciddi şəkildə pis idarə olunur”
“Təsiri qiymətləndirmək üçün hələ tezdir”
FED rəsmisi şirkətlərin alternativ yollar axtardığını deyir
“Konqresi aldadıbsa, istefa verməlidir”
ABŞ prezidenti FED sədrinin dirəncini qıra biləcəkmi?
Nazirlə prezidentin açıqlamaları eyni saata təsadüf edib
FED sədri: “Tariflərin inflyasiyaya təsiri bu yay görünəcək”
Dünya bank rəhbərləri Portuqaliyada bir araya gələcək
ABŞ Maliyyə naziri: “Faizlə bağlı donublar, irəliyə baxmırlar”
Məşhur bank ehtimalları 50 faizdən yüksək görür
Əksər FED rəsmiləri iyul ayında uçot dərəcəsinin azaldılmasına qarşıdır
Pauelin varisi tezliklə müəyyən edilməyəcək
FED sədrinin bu gün Nümayəndələr Palatası komitəsində çıxış edəcəyi gözlənilir
Bu il iki faiz endirimi gözlənilir
ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelli (Jerome Powell) vəzifədən azad etməyi düşündüyünə dair yayılan xəbərlər qlobal bazarlarda dalğalanma yaradıb.
Ağ Ev rəsmisinin “Tramp yaxın vaxtlarda Pauellə qarşı hərəkətə keçə bilər” açıqlamasından sonra ABŞ-ın səhmləri, dollar və uzunmüddətli dövlət istiqrazlarının dəyəri kəskin şəkildə gerilədi. Eyni zamanda, investorların yeni təyin olunacaq FED rəhbərinin Trampın siyasi iradəsinə tabe olaraq faiz dərəcələrini azalda biləcəyi ehtimalına əsasən, qısamüddətli istiqrazlar yüksəldi.
Lakin Tramp Oval kabinetdəki çıxışında Pauelli vəzifədən uzaqlaşdırmaq niyyətində olmadığını bildirdikdən sonra bazarlarda vəziyyət qismən sabitləşdi. Günü əvvəlcə 0,7% azalma ilə başlayan “S&P 500” indeksi 0,32% artımla bağlandı. Nasdaq 100 indeksi isə bir ara 1%-ə yaxın geriləsə də, günün sonunda 0,10% artım nümayiş etdirdi.
ABŞ-ın 30 illik istiqrazlarının gəliri gün ərzində 5 baza bəndindən çox artsa da, sessiyanı cəmi 2 baza bəndi artımla tamamladı. 2 illik istiqrazlar isə 5 baza bəndi azalma göstərdi. “Bloomberg Dollar İndeksi” də gündəlik 0,7%-dən çox dəyər itirdikdən sonra itkilərinin bir hissəsini geri alaraq 0,28% azalma ilə bağlandı.
Yeni ticarət gününə ABŞ-ın indeksləri mənfi əhval-ruhiyyə ilə başlayıb, Avropa bazarlarında isə artım meyli müşahidə olunur. Asiya səhm bazarları isə dar diapazonda hərəkət edir. Dollar isə G10 ölkələrinin valyutaları qarşısında möhkəmlənməyə davam edir və iyul ayı üzrə yüksəliş trendini qoruyur. Dollar/Yen məzənnəsi 148,51 səviyyəsinə çatıb.
“Pauelli vəzifədən uzaqlaşdırmaq planım yoxdur, amma...”
Donald Tramp FED rəhbəri Pauelli vəzifədən azad etməyi planlaşdırmadığını bildirsə də, “heç bir ehtimalı istisna etmirəm” deyərək qapını tam qapatmadı. Prezident həmçinin əlavə edib ki, əgər Pauellin korrupsiyada iştirak etdiyi ortaya çıxarsa, vəzifədən kənarlaşdırıla bilər.
Dünən Ağ Ev rəsmisi bildirib ki, Tramp kriptovalyutalarla bağlı qanun layihəsini müzakirə etmək üçün Konqres üzvləri ilə görüşdən sonra FED rəhbərinə qarşı tədbir görməyə hazırlaşır. Bir neçə millət vəkili həmin görüşdən “Tramp Pauelli uzaqlaşdırmaq niyyətindədir” təəssüratı ilə ayrıldıqlarını açıqlayıb.
Eyni gün Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib: “Heç bir ehtimalı istisna etmirəm. Amma əgər korrupsiya faktı aşkar edilməzsə, onu vəzifədən azad etmək ehtimalı çox aşağıdır”.
Tramp son aylarda Pauelli tez-tez tənqid edərək onun faizləri endirməməsini və FED-in baş ofisinin təmirinə həddindən artıq vəsait xərcləməsini qınaq obyektinə çevirib.
“Pauell addımı bazar reaksiyası ilə ölçülə bilərdi”
“Integrity Asset Management” şirkətinin portfel meneceri Co Qilbert (Joe Gilbert) bildirib ki, Ağ Ev rəsmisinin açıqlaması, Tramp administrasiyasının Pauelli vəzifədən uzaqlaşdıracağı təqdirdə bazarların necə reaksiya verəcəyini yoxlamaq üçün bir “test” ola bilərdi.
“Bazarlar bunu ciddi bir təhlükə kimi qəbul etdi. Lakin biz düşünürük ki, Pauelli vəzifədən kənarlaşdırmaq üçün aşılması lazım olan hüquqi baryerlər kifayət qədər böyükdür”.
“Wells Fargo”nun makrostrateqi Erik Nelson isə bildirib ki, bazarların sərt reaksiyası, administrasiyanı Pauelli uzaqlaşdırmağın iqtisadi və maliyyə baxımından universal bir çıxış yolu olmadığına inandıra bilər.