
Marsda “Leopar ləkələri” ...
... Həyatın izi ola bilər?
... Həyatın izi ola bilər?
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Turizm mövsümündə yeni qaydaları pozanlar ciddi cərimələrlə qarşılaşacaq
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
Harvard Universiteti professoru gizli ulduzlararası cisim “3I/ATLAS” Yerə yaxınlaşmadan əvvəl vaxt itirmədən mesaj göndərilməsinin vacib olduğunu bildirib. Göndərilməsi planlanan mesaj artıq hazırdır.
Elm adamları bildirirlər ki, NASA uzun müddətdir diqqətdən düşməyən bu sirli ulduzlararası cisminə vaxt bitməmiş mesaj göndərməlidir.
Harvardlı professor Avi Lyob deyib ki, “3I/ATLAS” adlı bu cisim nadir rastlanan tərs trayektoriya üzrə hərəkət edir və 29 oktyabr 2025-də Günəşə ən yaxın nöqtəyə çatacaq”. O, hesab edir ki, bu tarix Yerə “gizli yaxınlaşma” üçün əlverişli ola bilər.
Lyob cismin 100% yadplanetli (yerüstü olmayan) mənşəli olduğuna əmin olmadığını, lakin ehtimal nəzərə alınaraq ünsiyyət qurulmasının vacib olduğunu deyir.
Buna görə də altı sözlü mesaj hazırlayıb: “Hello, welcome to our neighborhood. Peace!” (Salam, məhəlləmizə xoş gəlmisiniz. Sülh!)
Mesajın ötürülməsi üçün yeganə vasitə olaraq işıq şüası ilə radio siqnalı planlaşdırılır: “Əgər bu yadplanetli sonda olsa, 2025-ci ilin Miladına qədər Yerə çata bilər. Hazırlıq üçün yalnız bir neçə ayımız qalır”. Lakin göndəriləcək siqnalın qarşı tərəfdə təhdid kimi qəbul edilə biləcəyini də qeyd edib.
NASA cismin kometa olduğunu bildirir, amma qüsurlar var
NASA iyulun 1-də kəşf etdiyi “3I/ATLAS”ın böyük ehtimalla bir quyruqlu ulduz olduğunu hesab edir.
Amma Lyob quyruq görünməməsini və qaz ayrılmasının olmamasını laqeyd qalınmayacaq anomaliyalar kimi qiymətləndirir.
O, həmçinin cismin tərs trayektoriyasının Günəş Sistemi ilə “çox uyğun” olduğunu bildirir. O, “Lyob ölçüsü”ndən istifadə edərək cismin süni ola bilmə ehtimalını 10 ballıq sistemdə 6 olaraq qiymətləndirib.
“Əsas gəmi” teoriyası
Lyobun ən iddialı ssenarisi belədir: “3I/ATLAS” bir “əsas gəmi” ola bilər. Bu halda gəmi Günəşə ən yaxın nöqtədə kiçik problar buraxır.
Bu problar tərs “Oberth” manevri ilə sürətini azaldır və Yerə yaxınlaşır. Bu metod Günəşin çəkim gücündən istifadə edərək yanacaq qənaəti təmin edir.
***
Lyobun yeni ön çap məqaləsinə görə, 2025-ci ilin iyul ayında teleskop müşahidələrində cismin qırmızıya çalan rənglərə sahib olduğu görülüb. Bu, səthdə toz və ya üzvi birləşmələrin ola biləcəyini göstərir. Üç fərqli tədqiqatdan alınan spektroskopik məlumatlar isə qaz ayrılmasının olmadığını təsdiqləyib.
Tədqiqat qrupu cismin 2025-ci ilin oktyabrında yaxın keçidini müşahidə etməyə davam edəcək. Məqsəd, Günəş işığının ulduzlararası maddələrə təsirini və cismin həqiqi təbiətini daha ətraflı öyrənməkdir.