
FTB-nin inkar etdiyi böyük sirr
"ABŞ yadplanetli irqlə əlaqə saxlayıb"
"ABŞ yadplanetli irqlə əlaqə saxlayıb"
30 ildir MKİ tərəfindən gizlədilən pilot danışdı
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
ABŞ-ın milli təhlükəsizlik sistemində ən yüksək vəzifələrdən birini tutan Tulsi Qabbardın “mən yadplanetlilərə inanram” etirafı son günlərdə ictimai-siyasi dairələrdə geniş rezonans doğurub. ABŞ Beynəlxalq Kəşfiyyat Direktorluğu rəhbəri kimi çıxış edən Qabbard, məşhur “Pod Force One” adlı podkastda ona ünvanlanan “yadplanetlilər mövcuddurmu?” sualına qısa və diqqətçəkən cavab verib: “Bəli”.
Bu cavab sadəcə şəxsi fikir deyil, ABŞ dövlət sistemində mühüm yeri olan bir şəxsin – keçmiş Konqres üzvü, hazırda isə Donald Trampın kəşfiyyat üzrə baş müşaviri olan Tulsi Qabbardın rəsmi statusunda verilmiş açıqlamasıdır.
ABŞ-da uzun illərdir uçan naməlum obyekt (UNO) və “dəfinə sənədləri” mövzusu gizli saxlanılsa da, son dövrlər bu məlumatların ictimaiyyətlə paylaşılması istiqamətində müəyyən addımlar atılır. Tulsi Qabbardın çıxışı da bu zəncirin bir halqası sayıla bilər. O, açıq şəkildə bildirib ki, “bu vəzifədə nəyi paylaşa biləcəyimə diqqət yetirməliyəm”.
Burada diqqətçəkən məqam onun yalnız inandığını deməsi deyil, “komandam bu məsələ ilə bağlı gələcəkdə daha şəffaf məlumatlar təqdim edəcək” deməsi oldu. Bu isə ABŞ kəşfiyyat sisteminin yaxın illərdə dünyadankənar həyat və ya tanınmamış hava hadisələri (UAP – unidentified anomalous phenomena) ilə bağlı yeni sənədləri ictimaiyyətə təqdim edə biləcəyini göstərir.
Qabbard çıxışında birbaşa Çinlə əlaqələndirilən və 2023-cü ildə ABŞ hava məkanında görünən “casus şarı” məsələsinə də toxunub. O, bu hadisənin arxasında “çoxsaylı məxfi məlumatların” olduğunu bildirib və ictimaiyyətin bu informasiyalara çıxışının məhdud qalacağını vurğulayıb.
Eyni zamanda, Nyu-Cersidə müşahidə olunan PUA hadisələri ilə bağlı “hələ çoxlu cavabsız sualların olduğunu” etiraf edib. Bu isə ABŞ hava məkanının təhlükəsizliyi ilə bağlı narahatlıqların hələ də gündəmdə olduğunu göstərir.
Bu cür açıqlamalar ABŞ cəmiyyətində “yadplanetli qonaqlara” (alien beings) marağı daha da artırır. Hökumət nümayəndələrinin bir-bir ardınca oxşar etiraflar etməsi informasiya tələbatını şiddətləndirir. Digər tərəfdən, ictimai etimad məsələsi də gündəmə gəlir: nəyə inanmalıyıq və nə dərəcədə etibar edə bilərik?
Bu tip çıxışların hədəfi həm də alternativ narrativləri – yəni hökumətlərin bu sahədə illərlə gizli saxladığı məlumatların ifşası ilə bağlı artan tələbləri – yumşaltmaq, ictimaiyyəti kontrollu şəkildə informasiya ilə təmin etmək ola bilər.
Tulsi Qabbardın “inanıram” cavabı ABŞ-da illərlə susdurulmuş bir debatın yenidən canlandırılması üçün start nöqtəsi sayıla bilər. Bu artıq yalnız konspiroloji dairələrin yox, birbaşa dövlət məmurlarının səsləndirdiyi mövzudur.
Bir zamanlar kinolarda “fərziyyə” kimi təqdim edilən süjetlər indi kəşfiyyat rəhbərlərinin danışdığı real ssenarilərə çevrilir. Belə görünür ki, “insanlıqdan gizlədilən gerçəklər” haqqında yeni bir dövr başlayır – bu dövrün ilk cümləsini isə Tulsi Qabbard yazdı.