Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:37 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 2370 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Sakit okeanın dərinliklərində səssizcə yatan gəmi qalıqları, XX əsrin ən qanlı hərbi qarşıdurmalarından birinin — Solomon adaları uğrunda gedən döyüşlərin izlərini daşıyır. Yeni texnologiyalarla aparılan okean tədqiqatları həmin xatirələri sükut içində su üzərinə çıxarmağa başlayıb.
“Ocean Exploration Trust” təşkilatının “Nautilus” adlı araşdırma gəmisi vasitəsilə bu yay Sakit okeanın cənubunda həyata keçirilən ekspedisiya, 1942-ci ildə baş vermiş beş böyük dəniz döyüşü zamanı batan 13 hərbi gəmini yüksək keyfiyyətli görüntülərlə sənədləşdirib.
Dəniz arxeoloqları bu dəfə əvvəlki səthi görüntülərdən fərqli olaraq, yüksək görüntülü kameralar və insansız sualtı texnika vasitəsilə daha detallı tədqiqat aparıblar. Qeyd edilən gəmi qalıqları, “Iron Bottom Sound” (Dəmir boğaz) adlanan bölgədə — Qvadalkanal, Savo və Nggela adaları arasındakı dəniz məkanında yerləşir.
Bu bölgə 1942-ci ilin avqustundan dekabr ayına qədər 5 böyük döyüşə şahidlik edib. Rəqəmlər isə tükürpədicidir: 20 mindən çox insan həlak olub, 111 gəmi və 1450 təyyarə batıb.
Tədqiqat zamanı amerikalılara məxsus “USS New Orleans” kreyseri ilə Yapon İmperator Donanmasının “Terudzuki” esminesi də daxil olmaqla, uzun müddət itkin sayılan bəzi gəmi qalıqları ilk dəfə vizual şəkildə təsdiqlənib.
“Ocean Exploration Trust” təşkilatının rəhbəri Robert Ballard bildirib ki, bu ekspedisiya sayəsində həm yeni obyektlər aşkar olunub, həm də tarixlə canlı əlaqə qurulub: “Bu bölgələri bu qədər detallı şəkildə ilk dəfə müşahidə edə bildik. Tapıntılarımızı dünya ictimaiyyəti ilə canlı şəkildə paylaşma imkanımız oldu”.
ABŞ Hərbi Dəniz Tarixi və İrsi Komandanlığının direktoru Semyuəl Koks isə bu cür işlərin tarixi əhəmiyyətini vurğulayıb: “Amerika, Yaponiya və Avstraliyaya məxsus gəmilər üzərində bu tədqiqatlar, tarixdə bir daha təkrar olunmamasını umduğumuz dəniz müharibələrinin anlaşılması üçün vacibdir”.
II Dünya müharibəsinin dəniz mərhələsi çox zaman quru üzərində gedən döyüşlərin kölgəsində qalır. Halbuki, Sakit okeanda yaşanan dəniz münaqişələri, həm say, həm də miqyas baxımından eyni dərəcədə fəlakətlidir. Bu bölgədəki döyüşlər təkcə gəmilərin deyil, bəşəriyyətin suda itirdiyi yaddaşın da simvoludur.
Tədqiqatın nəticələri həm də sualtı arxeologiyanın müharibə tarixçiliyi ilə necə kəsişə bildiyini göstərir. Bu hadisə həm texnologiyanın, həm də kollektiv yaddaşın imkanlarını birləşdirən nadir nümunələrdəndir.
Gəmi qalıqları sükutla danışır. Onların dili səsli deyil, vizualdır. Onlar danışmır, amma danışdırılır. Bu tədqiqat da o səssiz danışığı anlamaq üçün bir cəhd, bir ehtiramdır.