İnsanlıqdan gizlədilən gerçəklər
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
18:39 | 14 aprel 2026 | Çərşənbə axşamı
Məqaləyə 19 dəfə baxılıb
Şriftin ölçüsü
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Azərbaycan səmasında UNO görünüb?
Azərbaycan səmasında UNO görünüb?
Azərbaycan səmasında UNO görünüb?
Azərbaycan səmasında UNO görünüb?
Avropada uçan naməlum obyektlərlə (UNO) bağlı iddiaları araşdıran “CENAP” (“Center for the Study of Extraterrestrial and Anomalous Phenomena”) adlı qurum yarım əsrdən çoxdur ki, şübhəli göy hadisələrini analiz edərək onların real səbəblərini müəyyənləşdirməyə çalışır. Almaniyada fəaliyyət göstərən CENAP təşkilatı 1976-cı ildən bu yana minlərlə müraciəti araşdıraraq UNO iddialarının arxasındakı real izahları ortaya çıxarmağa fokuslanıb. Quruma rəhbərlik edən Hansjürgen Köhler bu işi “UFO dedektifliyi” kimi xarakterizə edir.
VAXT.AZ “Deutsche Welle”yə istinadən xəbər verir ki, Köhler və könüllülərdən ibarət kiçik komandanın sözlərinə görə, illər ərzində onlara 13 mindən çox UNO şübhəsi barədə müraciət daxil olub və bu hadisələrin böyük hissəsi sadə elmi və texniki izahlarla aydınlaşdırılıb. Onun sözlərinə görə, yalnız çox az sayda hadisə tam izahsız qalır. Son illərdə isə belə müraciətlərin sayı ciddi şəkildə artıb və təkcə ötən il minlərlə yeni bildiriş qeydə alınıb.
Araşdırmalara əsasən, UNO kimi qəbul edilən cisimlərin əksəriyyəti əslində raket buraxılışları, peyklər, parlaq planetlər və ulduzlar, meteorlar, pilotsuz uçuş aparatları və təyyarələr kimi izahı olan hadisələrdir. Xüsusilə “SpaceX” şirkətinin “Starlink” peykləri müəyyən şəraitdə güclü parıltı yaradaraq çoxsaylı UNO iddialarına səbəb olur. Həmçinin müxtəlif işıq şouları, balonlar və uzaq məsafədən görünən lazer effektləri də tez-tez yanlış müşahidələrə gətirib çıxarır.
“CENAP” rəhbərinin sözlərinə görə, UNO iddialarının böyük hissəsi axşam saatlarında daxil olur. O qeyd edir ki, insanlar bu saatlarda daha çox balkona çıxır, göyə baxır və gördükləri hər qeyri-adi işığı UNO kimi qiymətləndirirlər. “Ən çox balkonda siqaret çəkənlər UFO görür” ifadəsi də məhz bu müşahidələrə əsaslanır, çünki gecə saatlarında göyü izləyən insanların sayı artır və yanlış interpretasiya ehtimalı yüksəlir.
Mütəxəssislər bildirirlər ki, bəzi hallarda insan qavrayışı da səhv nəticələrə gətirib çıxarır. Psixologiyada “pareidoliya” adlanan fenomen nəticəsində beyin təsadüfi formaları tanış obyektlər kimi qəbul edə bilir və bu da UNO iddialarını artırır. “CENAP”-a edilən müraciətlərin böyük hissəsi sonradan tam şəkildə izah olunduğu üçün insanlar adətən araşdırmadan sonra rahatladıqlarını bildirirlər.
Hansjürgen Köhler bildirir ki, o və komandası astronomiya proqramları, hava hərəkəti məlumatları və kosmik agentliklərin bazalarından istifadə edərək hər bir iddianı araşdırır. Bəzi hallarda hətta hərbi qurumlarla da əlaqə saxlanılır. Onun sözlərinə görə, bir çox sirli hadisə sadəcə texnoloji və təbii proseslərin yanlış anlaşılmasıdır.
Bununla belə, Köhler kainatda başqa canlıların mövcudluğu ehtimalını tam istisna etmədiyini də vurğulayır. O qeyd edir ki, indiyədək Yerə təsdiqlənmiş heç bir UNO enişi qeydə alınmayıb, lakin bu, başqa həyat formalarının mövcud olmadığı anlamına gəlmir.