vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
KİNO-TEATR  
“Rusiyadan sevgilərlə” 20:55 | 18 aprel 2025 | Cümə Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiyadan sevgilərlə”

Təkrarsız Şon Konnerinin kölgəsində Ceyms Bond

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

18.04.25 - Təkrarsız Şon Konnerinin kölgəsində Ceyms Bond...

Ceyms Bond seriyasından “Rusyadan Sevgilərlə” (“From Russia with Love”) filmi. 

Milyonlarla insanın maraqla izlədiyi filmin bəzi bölümləri İstanbulda çəkilib.

1963-ün İstanbulunda…

“007 James Bond” rolundakı Şon Konneri (Sean Connery).

Ondan sonra çox aktyor çəkildi bu rola, heç biri uğurlu olmadı, çıxa bilmədilər Şonun kölgəsindən.

Təkrarsız idi çünki o.

Rus qızı Tatyana Romanovanın gözəlliyi göz qamaşdırırdı.

Onu füsunkar italyan aktrisası Daniela Bianki (Bianchi) oynamışdı.

Daniela filmdə çəkiləndə cəmi 21 yaşı var idi.

Ancaq artıq “Kainat Gözəli” yarışmasında Dünyanın 2-ci gözəli seçilmiş, “Miss Fotoqrafiya” ünvanına layiq görülmüşdü.

26 və ya 27 yaşım vardı ilk dəfə bu filmi görəndə.

Videomaqnitafon hər evdə yox idi, avtomobildən dəyərli idi.

Aspirant vaxtı Moskvada bir general qızının (dostumun ciddi fikirləri vardı gələcəklə bağlı) evində baxmışdım Bonda.

Spoylerlər filmdə İstanbul səhnələrinin olduğunu demişdilər.

İstanbulu görməmişdim hələ.

Sevgilisi ilə ilk görüşə gedən aşiq kimi həyəcanlı idim.

Başladı və birdən Aya Sofyanı gördüm ekranda.

Özümdən asılı olmayaraq “İstanbuuuul” deyə çığırdığımı xatırlayıram.

Ev sahibi qız mənə tərs-tərs baxmış, sevinc və coşqumu anlamamışdı.

1990-da İstanbula ilk gəldiyimdə “Yeşilköy” aeroportunun yeni binasını görüb, filmdəki əski hava limanı ilə müqayisə etmişdim. Sahilyolu ilə Yeniköy-Zeytinburnu yolu ilə şəhərə gedəndə yenə də filmdə Bondun eyni yolla hərəkət etdiyi gəlmişdi gözlərimin önünə.

İndiki gənclər anlamazlar bizim dövrün Türkiyə marağını, İstanbul nisgilini, anlamazlar qətiyyən.

Hər şey sirli idi filmdə – arxa planlardakı adda-budda türkcə sözlər, Kapalı Çarşı, türk xalıları, Bondun “orta şekerli türk kahvesi” içməsi, Sultan Ahmet Camiisindən qalxan əzan səsi, Yerebatan Sarnıcı, Qalata körpüsü, Bosfor, Çırağan Sarayı, Kız Kulesi və daha nələr nələr.

Hamısı da Bond filmlərinin dəyişməyən əsrarəngiz musiqisinin müşayətilə.

Hər şey sehirli idi o axşam Moskvadakı general evində.

O axşam dostum Danila Biankiyə, sevdiyi qız Bonda, mən isə İstanbulun tilsimləyən gözəlliyinə valeh olmuşduq.

Mənim Şəhərlər Şəhəri İstanbulu canlı olaraq görməyimə hələ 5 uzun il vardı…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)