vaxtlı-vaxtında oxuyun! Bazar, 8 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KİNO-TEATR  
“O, indi daha təhlükəlidir” 16:40 | 8 iyun 2025 | Bazar Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“O, indi daha təhlükəlidir”

Kinosevərlərin Le Şiffr kimi tanıdığı Mads Mikkelsen sürpriz bir dönüş etdi

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Mads Mikkelsen 19 ildən sonra yenidən 2006-cı ildə çəkilmiş “Casino Royale” filminin cani Le Şiffr obrazına qayıdıb.

59 yaşlı danimarkalı aktyor iyunun 6-da məşhur “Hitman” oyun seriyası ilə tanınan “IO Interactive” tərəfindən hazırlanan Ceyms Bond oyunu “007 First Light”da “Le Chiffre”ni canlandıracağını açıqladı.

Los Ancelesdə keçirilən “Summer Game Fest”də “IO Interactive” CEO-su Hakan Abra ilə səhnəyə çıxan Mikkelsen “Amazon MGM Studios” ilə birgə hazırlanacaq və 2026-cı ildə yayımlanacaq oyunla bağlı müjdəsini verdi.

“Le Chiffre”nin “Hitman”ın yeniləməsi ilə oyunçulara təklif olunan rejimə daxil ediləcəyi də açıqlandı. Bildirilib ki, bu rejim iyunun 6-dan iyulun 6-dək oyunçulara pulsuz təklif olunacaq.

Mikkelsen tərəfindən səsləndirilən “Le Chiffre”, itirilmiş gücünü geri qaytarmağa çalışarkən “Hitman”ın baş qəhrəmanı “Agent 47”nin hədəfi olacaq.

Məşhur aktyor tədbirdə bu sözləri deyib: “Bu obrazı çox sevirəm, mənim üçün çox şey deməkdir. Mənə yenidən Le Şiffr olmaq imkanı təklif olunanda, tərəddüd etmədim. Ancaq bu dəfə o, bir az fərqlidir: O, daha arxayındır, daha təhlükəlidir, yazı masasının arxasında gizlənən iti zehnidir. Bu dəfə zorakılığı başqalarına buraxmır”.

“Casino Royale”, həmçinin Mikkelsenin canlandırdığı cani “Le Chiffre” tərəfindən işgəncələrə məruz qalan 007-ni göstərməklə Ceyms Bond filmlərinin sərhədlərini itələdi.

Keçən il verdiyi müsahibədə “Casino Royale”də Daniel Craig ilə işləməkdən həqiqətən həzz aldığını deyən Mikkelsen, 2021-ci ildə “Ölməyə vaxt yoxdur” filmində britaniyalı aktyorun ölümünə baxmayaraq, onu yenidən rolda görəcəyinə ümid etdiyini söylədi: “Düzünü desəm, Danielin bir də, sonuncu da olmasını istərdim. Bəli. Mən onun bu işi başqa cür bitirməsini istərdim. Demək istəyirəm ki, o, Bonddur; Düşünürəm ki, o, hər şeydən qurtula bilər”.