Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:11 | 8 iyun 2025 | Bazar
Məqaləyə 331 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Düz bir ildən sonra, gələn ilin yayında (7 iyun 2026-cı il) keçiriləcək parlament seçkiləri artıq indidən Ermənistanı iri kənd nehrəsi kimi çalxalamağa başlayıb. Seçki ehtirasları qızışdıqca, necə deyərlər, Ermənistan siyasətinin yağı yağ, ayranı da ayran olur.
Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında mühüm rol oynamış Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da artıq öz yerini, səfini bəlli etdi. Onun ötən gün bütün ermənilərin böyük şeytanı (katolikosu) II Qareginlə görüşməsi və ona tam dəstək ifadə etməsi Ter-Petrosyanın faşist-irqçi simasını bir daha üzə çıxartdı.
Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında Levon Ter-Petrosyanı “populist fırıldaqçı” adlandırmasında qeyri-adi heç nə yoxdur. Bütün siyasi karyerası fırıldaq və avantüralar üzərində qurulan, seçki saxtakarlıqlarına yol verən Ter-Petrosyanın bu gün özü kimi populist fırıldaqçının yanında yer alması tamamilə təbiidir.
Bu saxtakar bir vaxtlar eyni ehtiras və qətiyyətlə Paşinyanın mövqeyini müdafiə edir, onu dəstəkləyirdi. Lakin bu gün isə “U” dönüşü edərək, tamamilə əks cəbhədə yer alır (bu, erməni liderləri üçün adi haldır).
Lakin qarşıdakı seçkilər Ermənistanın millətçi, irqçi liderlərinin hamısının (o cümlədən katolikosun) sonunu gətirə bilər.
Böyük ehtimalla, 2026-cı il seçkiləri Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sərkisyanın tam olaraq siyasi cəhətdən gömülməsi ilə nəticələnəcək. Nikol Paşinyan bu “siyasi meyit”ləri tarixin küllüyünə göndərəcək.