Paşinyan açıq-ara liderdir
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
14:11 | 23 aprel 2026 | Cümə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla barışıb.
VAXT.AZ erməni mediasına istinadla xəbər verir ki, baş nazir bu barədə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Baş nazir qeyd edib ki, ailəsini qorumaq üçün səylər göstərib və yenidən bir araya gəlməkdən məmnun olduğunu vurğulayıb: “Anna bunu elan edəndə mən qərara hörmət etdiyimi dedim, lakin razılaşdığımı demədim. Bu məntiqdən çıxış edərək ailəmizi qorumaq üçün səylər göstərdim və sevinirəm ki, yenidən bir araya gəlmək şansı əldə etmişəm”.
Xatırladaq ki, bu ilin fevralında Anna Akopyan sosial mediada münasibətlərinin bitdiyini açıqlamış və hökumət iqamətgahını tərk etdiyini bildirmişdi.
Buna baxmayaraq, artıq aprelin 19-da Akopyan baş naziri Gümrü şəhərinə səfəri zamanı müşayiət edib ki, bu da onların yenidən yaxınlaşdığı barədə ilk siqnal kimi qiymətləndirilmişdi.
Paşinyan və Akopyan rəsmi nikahda olmasalar da, 20 ildən artıq birlikdə yaşayırlar və dörd övladları var.
Bu hadisə Ermənistan üçün siyasi baxımdan son dərəcə həssas bir dövrə təsadüf edir. Hazırda Paşinyan parlament seçkiləri öncəsi fəal kampaniya aparır.
Ermənistanda növbəti parlament seçkilərinin iyun 7-də keçirilməsi planlaşdırılır və hakim “Mülki müqavilə” Partiyası artıq Paşinyanı baş nazir postuna əsas namizəd kimi irəli sürüb.
Müşahidəçilərin fikrincə, seçkilər Paşinyan üçün kritik sayılır. Cəmiyyətin bir hissəsində narazılıq mövcud olsa da, müxalifət düşərgəsinin parçalanmış vəziyyətdə olması hakim partiyanın mövqeyini qismən qoruyur.
***
Son həftələrdə Paşinyan kampaniya çərçivəsində regionlara səfərlər edib. O, Gümrüdə açıq hava keçirilən tədbirdə çıxış edib və hətta musiqi proqramına da qatılıb. Bu tədbirin seçki öncəsi ictimai dəstək nümayiş etdirmək məqsədi daşıdığı bildirilir.
Baş nazir seçki proqramında Ermənistanın regional siyasətinə dair yeni yanaşmalar irəli sürərək bildirib ki, ölkə Qarabağ mövzusunu bağlamaq və Azərbaycanla sülh prosesini davam etdirmək niyyətindədir.
Analitiklər hesab edir ki, Paşinyanın şəxsi həyatında baş verən dəyişiklik seçki kampaniyası fonunda ictimai imic baxımından da əhəmiyyətlidir. Ermənistan siyasətində ailə faktorunun ictimai rəyə təsir imkanları nəzərə alınaraq, barışığın seçki kampaniyası dövründə daha geniş rezonans doğurması istisna edilmir.
Bəzi ekspertlər ailə münasibətlərinin normallaşmasının
Paşinyanın seçkiöncəsi şəxsi imicini gücləndirə biləcəyini, lakin seçkilərin nəticəsinə
əsas təsirin yenə də sosial-iqtisadi və təhlükəsizlik məsələləri olacağını qeyd
edir.