
ABŞ-da İncil satışlarında kəskin artım
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fransada gənc qızların özünə qəsd etməsi çoxalıb
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Məhkum ittihamları rədd etdi
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı
Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı
Kolumbiyadakı insidentdə 12 polis ölüb, 5 yaralı var
Sui-qəsd qurbanı senator dəfn edildi
Kolumbiyada 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan 39 yaşlı senator Migel Uribe Turbay sui-qəsdə məruz qalıb. Demokratik Mərkəz Partiyasının prezidentliyə namizədlərindən biri kimi önə çıxan Turbay paytaxt Boqotanın qərbindəki Modelia məhəlləsində çıxış edərkən güllələnib. Uribenin vəziyyətinin ağır olduğu bildirilir.
Partiya üzvləri tərəfindən ağır yaralı halda klinikaya çatdırılan Uribenin bədəninə 6 güllənin dəydiyi bildirilib.
***
Kolumbiya mətbuatı Uribeyə atəş açdığı iddia edilən 15 yaşlı oğlanın yaralı olaraq nəzarətə alındığını və klinikada müalicə olunduğunu yazıb.
Kolumbiya hökuməti açıqlamasında “Migel Uribe Turbaya edilən hücumu şiddətlə və açıq şəkildə qınayırıq. Bu, yalnız bir senatorun şəxsini deyil, həm də demokratiya və ifadə azadlığını hədəf alan bir hərəkətdir. Biz hər cür zorakılığı rədd edirik”, – deyib.
***
Prezident Qustavo Petro da sosial media hesabından verdiyi açıqlamada Uribeyə edilən hücumu pisləyib və “Həyata hörmət edin, bu qırmızı xətdir. Kolumbiya öz uşaqlarını öldürməməlidir. Çünki onlar da bizim uşaqlarımızdır”, – deyib.
Müdafiə naziri Pedro Sançes Suares də Uribeyə sui-qəsd cəhdinin məsuliyyətini daşıyanların tutulmasına kömək edəcək şəxslərə 700 min dollar mükafat veriləcəyini açıqlayıb.
Hökumət, Uribe hücumundan sonra Fövqəladə Müdaxilə Planının (Plan de Choque) işə salındığını açıqlayıb.
Milli Mühafizə Bölməsi (UNP) və Daxili İşlər Nazirliyi ilə görüşən yüksək vəzifəli məmurların prezidentliyə namizədlərin təhlükəsizliyini maksimum dərəcədə artırmaq üçün mühüm qərarlar qəbul edəcəyi gözlənilir.
***
Uribenin anası Diana Turbay jurnalist olub. Turbay da 1990-cı ildə kolumbiyalı narkobaron Pablo Eskobarın komandanlığı altında silahlı qrup tərəfindən qaçırılıb və xilasetmə əməliyyatı zamanı dünyasını dəyişib.