ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
12:24 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 371 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ-da Tramp tərəfdarı aktivist Çarli Kirk (Charlie Kirk) universitet tədbirində atəşə tutularaq öldürülüb. Hücumu törədəndən sonra gizlənən qatil isə ABŞ qüvvələri tərəfindən hər yerdə axtarılır.
ABŞ-da konservativ aktivist Çarli Kirk Yuta Valli Universitetində iştirak etdiyi tədbir zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib. Rəsmi şəxslər hadisəni “hədəf alınmış sui-qəsd” olaraq xarakterizə edib. Hücumçu hələ də qaçır.
Yuta Dövlət Təhlükəsizlik Departamenti və FBI-ın apardığı istintaqa görə, hücumçu universitet düşərgəsində keçirilən tədbir zamanı damdan atəş açıb.
O vaxt “silahlı hücumlar” mövzusunda verilən suala cavab verən Kirk tək güllə ilə vurulub. Xüsusi avtomobillə xəstəxanaya aparılan Kirk burada dünyasını dəyişib.
Yuta qubernatoru Spenser Koks (Spencer Cox) hadisədən sonra açıqlamasında Kirkin ölümünü “siyasi sui-qəsd” adlandırıb.
Hücumun planlı və tək şəxslə həyata keçirildiyinə inanılır. Əvvəl saxlanılan iki şübhəli isə sorğudan sonra sərbəst buraxılıb.
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə yayımlanan video mesajında Kirkin ölümünü “Amerika üçün qara gün” olaraq qiymətləndirib: “Çarli milyonlara ilham verdi və bu gecə hamımız şok və dəhşət içindəyik”. Tramp həmçinin siyasi zorakılıqda “radikal solun nifrət dilini” günahlandırıb.
Hadisəni canlı izləyən Skayler Berd (Skyler Baird) CNN-ə açıqlamasında, “Bir neçə metr aralıda idim, dərhal silah səslərini eşitdim. Onun xilas olmayacağını hiss etdim”, – deyib.
Berd qeyd edib ki, təhlükəsizlik bıçaqlı və ya yaxın hücuma qarşı yetərli idi, amma ümumi sahə açıq və qorunmasız görünürdü.
CNN-in təhlükəsizlik analitiki Con Miller (John Miller) hücumun həvəskar işi olmadığını vurğulayıb: “Tək atış, tək hədəf. Bu, atıcının təcrübəli və planlı olduğunu göstərir. Səssizcə girib vəzifəsini yerinə yetirib sübut qoymadan çıxmağa çalışıb”.
Millerə görə, hücumçunun peşəkarlığı istintaqı çətinləşdirsə də, onun şəxsiyyətinin müəyyən edilməsini asanlaşdıra bilər.