vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Barışmaq üçün növbəti addım 12:36 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Barışmaq üçün növbəti addım

Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şahzadə Harri, 2020-ci ildə Krallıq vəzifələrini rədd edərək ailəsindən uzaqlaşdıqdan sonra bu gün Londondakı “Clarence House”da atası Kral III. Çarlz ilə bir araya gəlib.

Atası Kral Çarlz ilə sonuncu dəfə ötən il fevral ayında görüşən “Sussex” Hersoqluğu Şahzadəsi Harri bu dəfə təxminən 55 dəqiqə davam edən görüş keçirib. O vaxt Kral Çarlzın xərçəng müalicəsinə başlaması elan edilmişdi.

İngilis mətbuatı yazıb ki, çay görüşü olduğu anlaşılan görüşdən əvvəl Kral Çarlz bu gün Şotlandiyadan Londona gəlib, Şahzadə Harri isə bir sıra xeyriyyə tədbirlərində iştirak etmək üçün sentyabrın 8-dən bəri İngiltərədə olub.

Görüş, ailəsi ilə barışmaq istədiyini açıqlayan Harri üçün atası ilə münasibətləri düzəltmək istiqamətində ilk addım kimi qiymətləndirilir.

Sabah ABŞ-a, həyat yoldaşı Meqan və uşaqlarının yanına dönəcəyi gözlənilən Şahzadə Harri əvvəlki açıqlamalarında Kral Çarlzın sağlamlığı ilə bağlı artan narahatlıqlar dövründə atasını görməməyin onu məyus etdiyini bildirmişdi. 40 yaşlı Harri demişdi: “Artıq dava davam etdirməyin mənası yoxdur. Həyat daha dəyərlidir. Atamın nə qədər vaxtı qaldığını bilmirəm.”

Kral Çarlz ilə Şahzadə Harri arasındakı görüş, iyul ayında “Sussex” Hersoqluğu Harrinin nümayəndələri ilə Bukingem Sarayından rəsmi şəxslərin birlikdə görüntülənməsindən sonra, İngilis krallıq ailəsində bölünməni aradan qaldırmaq səylərinin mövcudluğu barədə söyləntilərin ardından baş tutub.

***

Şahzadə Harri və ABŞ-lı həyat yoldaşı Meqan, 2020-ci ildə Krallıq vəzifələrini rədd edərək ABŞ-ın Kaliforniya ştatına köçmüşdülər və cütlüyün Krallıq ailəsindən ayrılması, sosial media və mətbuatda “Brexit”ə istinadla “Megxit” adlandırılmağa başlanmışdı.

Harri və Meqan verdikləri müsahibələrdə, televiziya proqramlarında, sənədli filmlərdə və Şahzadə Harrinin “Spare” (Yedək) adlı avtobioqrafiyasında Krallıq ailəsini sərt şəkildə tənqid etmişdilər. Harrinin Kral Çarlz və taxtın varisi olan ağabeyi Şahzadə Uilyam haqqında açıqlamaları ailədaxili münasibətlərin daha da pozulmasına səbəb olmuşdu.

ABŞ-a köçdükdən sonra, İngilis krallıq ailəsi üzvlərinə verilən polis qoruması hüququ əlindən alınan Şahzadə Harri, bu məsələ ilə bağlı İngilis hökumətinə açdığı iddianı uduzdikdən sonra ailəsi ilə barışmaq istədiyini bildirib. Harri demişdi: “Əlbəttə, ailəmin bəzi üzvləri yazdığım kitab üçün məni heç vaxt bağışlamayacaq. Əlbəttə, bir çox şey üçün bağışlamayacaqlar. Amma bilirsiniz, ailəmlə barışmaq istəyirəm”.