
“Reallıqla əlaqəni itirib”
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Məhkumlar səhvən azadlığa buraxılıb
Türmələri dolub-daşan İngiltərə başqa ölkədən həbsxana icarəyə götürəcəklər
Britaniyanın 3-cü mühacir əsilli dövlət başçısı də istefa verdi
Uelsdə 32 ilin rekord göstəricisi
Spirtli içki qəbul edənlərin statistikasında
Münaqişənin nizama salınması prosesində görünməmiş hadisə
Bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeron deyib
Bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeron deyib
Şahzadə Harri amerikalı aktrisa Meqan Marklinin onun sevgilisi olduğunu təsdiq edib. O həm də medianı aktrisanı «təhqir etməkdə» günahlandırıb.
Şahzadə nadir hallarda «uydurma hekayələrlə» bağlı rəsmi tədbir gördüyünü, ancaq ötən həftə «həddin aşıldığını» bildirib.
Son günlər qəzetlər 35 yaşlı aktrisa, «Suits» televiziya dramındakı Raçel Zeyn rolu ilə tanınan Meqan Markl barədə xəbərləri ön səhifələrinə çıxarıblar.
Şahzadənin kommunikasiya katibinin yaydığı açıqlamada deyilir ki, məsələ ilə bağlı şərhlərdə irqçilik və seksizm çalarları sezilib.
«Onun anası öz giriş qapısına yaxınlaşa bilmək üçün fotoqraflarla mübarizə aparmalı olub. Reportyorlar və fotoqraflar qanunsuz olaraq onun evinə girməyə cəhd ediblər. Polisə zəng vurulub. Qəzetlər xanımın keçmiş sevgilisinə iri həcmdə rüşvət təklif ediblər. Onun az qala bütün dostlarını, iş yoldaşlarını, yaxınlarını narahat ediblər», - açıqlamada deyilir.
Medianın onun anası, Uels şahzadəsi Diananın da həyatına müdaxilə etdiyini bilən 32 yaşlı şahzadənin mətbuatla münasibətləri əvvəldən yaxşı olmayıb.