
İntihar edən gənc qadınların sayı artır
18 milyonluq Avropa ölkəsində 1878 nəfər canına qıyıb
18 milyonluq Avropa ölkəsində 1878 nəfər canına qıyıb
Parlamentin damına çıxan deputat intihara cəhd etdi
Xüsusi əməliyyat polisi hakim partiyanın bağçasında intihar edib
Vaxtınız varsa, hekayə oxuyun!
Cənubi Koreyalı aktrisa Kimin ölümü ölkədə məşhurlara qarşı təzyiqləri gündəmə gətirib
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
İntihar etdiyi deyilən ginekoloqun faciəsinə sözardı
Hadisələri hər cür çılpaqlığı ilə tirajlamaq alovun üzərinə benzin effekti verir
Xəyanət edənləri özünə qəsd etməklə cəzalandırmağı ağlınıza belə gətirməyin
Bütün canlılarda 2 fərqli proqram var - yaşamaq sevgisi və özünüməhv
Gəncədə əri ilə mübahisə edən qadın sirkə turşusu içib
Ailə üzvləri ölüm olayını ehtiyatsızlıq nəticəsində baş verən bədbəxt hadisə sayır
«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»
Düşmən ordusundakı intiharlar cəbhədəki ölümü üstələyib
Fransada 2023-cü ildə 9 minə yaxın insan öz həyatına son verib. Səhiyyə qurumlarının məlumatına görə, intihar nisbəti ümumilikdə sabit qalır, lakin gənc qızlar arasında intihar cəhdləri və özünü zədələmə hallarının artması diqqət çəkir.
Vaxt.AZ xəbər verir ki, Dünya Ruh Sağlığı Günü çərçivəsində “Santé publique France” tərəfindən yayımlanan 2024-cü il milli intihar hesabatına görə, 2023-cü ildə Fransada ümumilikdə 8 848 nəfər intihar edib. Hesabatda həm qadınlar, həm də kişilər üçün intihar nisbətlərinin son beş ilin ortalaması ilə müqayisədə “ümumilikdə sabit” qaldığı qeyd olunub.
Məlumatlara görə, 2022-ci ilə nisbətən intihar nisbəti 4% azalıb. Bu isə hər 100 min nəfərə 13 ölüm deməkdir.
2023-cü ildə intihar edənlərin 75%-i kişilər olub. Xüsusilə 85 yaş və yuxarı kişilər arasında nisbət çox yüksəkdir. Hər 100 min kişidən 76-sı intihar edib. Bu nisbət 65 yaş üstündə 37-yə, 45-64 yaş aralığında isə 29-a düşür.
Qadınlarda ən yüksək intihar nisbəti 85 yaş üstü qrupda müşahidə olunub (hər 100 min qadından 12-si). Qadınlarda ən çox istifadə edilən intihar üsulu dərman vasitəsilə olur, kişilərdə isə asılmaqla intihar ön plandadır.
“Santé publique France” məlumatına görə, 2024-cü ildə xüsusilə 11-24 yaş arası qız uşaqları və gənc qadınlar arasında intihar cəhdləri və özünü zədələmə hallarının artımı qeydə alınıb.
Xəstəxana qeydiyyatlarına görə, 11-17 yaş aralığında hər 100 min gənc qızdan 674-ü, 18-24 yaş aralığında isə 424-ü “özünə zərər vermə” səbəbindən xəstəxanaya yerləşdirilib. Bu halların 77%-i dərman vasitəsilə zəhərlənmə səbəbilə baş verib.
Fransız rəsmilər, xüsusilə gənc qadınlar arasında bu artımın sosial və psixoloji dəstək mexanizmlərinin yetərsizliyini göstərdiyini vurğulayıb. Psixoloqlar bildirir ki, intihar hələ də ölkədə ciddi bir ictimai sağlamlıq problemidir.