
Qadın sevgilisini yandırdı
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
Parlamentin damına çıxan deputat intihara cəhd etdi
Avtomobil sürərkən üzünüzü örtə bilməzsiniz
Qadınların daha uzun ömürlü olması statistikaya təsir edir
Yaşlı qadın cərimədən necə yayındı?
Xüsusi əməliyyat polisi hakim partiyanın bağçasında intihar edib
Yaxşı işıqlandırılan, bol kameralı və çıxışa yaxın yerlərdə
Vaxtınız varsa, hekayə oxuyun!
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Dünyanın ən uzun dilli qadını
11 yaşlı qız səhvən psixiatriya xəstəxanasına yerləşdirib ağır dərmanlar veriblər
“Bax gör, bu, Sən yazdığındır, ya sonradan kimsə dəyişib?”
Almaniya qadınlara qarşı zorakılıqla mübarizə üçün yeni cəza tətbiq edəcək
55 yaşlı çinli gəncləri geridə qoyub çempion oldu
Kişilərdə piylənmə riskini üç dəfə artıran evlilik ...
90 yaşına çatmış insanların qanında fərqlər aşkar edilib
Hollandiyada 30 yaşdan aşağı gənclər arasında intihar və özünə zərər vermə halları artıb. Ən çox artım yeniyetmə qızlar və qadınlar arasında müşahidə olunub.
2024-cü il ərzində yaşı 30-dan aşağı olan 117 qadın və qız intihar edib. Bu, indiyədək qeydə alınan ən yüksək rəqəmdir. Bu narahatedici mənzərə həm də özlərinə zərər vurduqları üçün təcili xidmətə müraciət edən gənclərin sayının artmasında da özünü göstərir.
CBS Mərkəzi Statistika Bürosunun məlumatına görə, keçən il ümumilikdə 1849 nəfər intihar edib. Bu, orta hesabla bir gündə beş ölüm deməkdir. Hollandiya İntihar Qeydiyyatının (CANS) qeydlərinə görə isə, 1878 intihar hadisəsi aşkar edilib. CBS-dən fərqli olaraq, CANS Hollandiyada bütün intiharları nəzərə alıb, CBS isə yalnız Hollandiya vətəndaşlarını əhatə edib.
Son illərdə ümumi intihar nisbəti çox dəyişməsə də, gənc qadınlar arasında nisbət əhəmiyyətli dərəcədə artıb. 10-30 yaş qızlar və qadınlar arasında intihar nisbəti indiyədək ən yüksək həddə çatıb. Məlumata görə, hər 100 min qadına 5,5 hal aşkar edilib.
CANS-in məlumatına görə, 2023-cü ildə 300 gənc, 2024-cü ildə isə 312 gənc intihar edib. Artımın əhəmiyyətli bir hissəsini gənc qızlar və qadınlar təşkil edir.
***
CBS-in məlumatına görə, 2024-cü ilə qədər intihar 20 yaşlarında olan yeniyetmələr və gənclər arasında ölümün əsas səbəbi olub. Bu vəziyyət həm intihar hallarının artması, həm də gənclər arasında yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının azalması ilə izah olunur.
Leiden Universitetinin İntiharın qarşısının alınması kafedrasının sədri və eyni zamanda CANS-in prezidenti, professor Renske Qilissen vurğulayır ki, yalnız gənc qadınlara diqqət yetirmək natamam mənzərə yaradır: “Ömrünü bitirənlərin əksəriyyəti hələ də kişilərdir. İntihar edənlərin ən böyük qrupu isə 50 yaşlarında olan insanlardır”. Gilissenin sözlərinə görə, bu yaş qrupunda bu nisbət hələ də ən yüksək olsa da, 40-70 yaş aralığında cüzi azalma tendensiyası var.
***
Professor Qilissen intihar hadisələrinin artmasının narahatedici olduğunu söyləyib: "Özünə zərər vermək üçün təcili yardıma müraciət edən gənclərdə də eyni artımı görürük".
“VeiligheidNL” məlumatlarına görə, 2013-cü ildə 4000 gənc qadın özlərinə zərər verdiyi üçün təcili yardıma müraciət edib. Bu rəqəm 2022-ci ildə 6 minə yüksəlib. Qilissen, cari məlumatların artımın davam etdiyini və bəzi hadisələrin birbaşa intihar cəhdləri ilə əlaqəli olduğunu deyib.
Qilissen deyir ki, bu artımın dəqiq səbəbləri hələ məlum deyil. Bununla belə, “113 Zelfmoordpreventie” tərəfindən aparılan araşdırmalar göstərir ki, psixoloji problemləri olan və müvafiq yardım almayan gənc qızlar və qadınlar yüksək risk altındadırlar. Gənclərin bir-biri ilə bu mövzularda danışdıqları zaman təsir altına düşə biləcəyi və sosial medianın da mənfi təsir göstərdiyi bildirilir.
Ailələrin və müəllimlərin də üzərinə mühüm vəzifələri düşdüyünü bildirən Qilissen, “Uşaqlardan sosial mediada nə etdiklərini soruşun”, – tövsiyəsini verbr. O, həmçinin xatırladır ki, “113 Zelfmoordpreventie” tərəfindən təqdim olunan pulsuz təlimlər bu mövzuda danışmaq istəyən valideynlər üçün mühüm mənbədir.